Bizim ambisiyamız Azərbaycanda ərzaq məhsullarının pərakəndə satışı üzrə həmişə milli dəyərlərə bağlı olan və ölkəyə qürur verən ən etibarlı brend olmaqdır. Biz hədəfimizə necə nail olmağı planlaşdırırıq? Müştərilərimizi ərzaq, qeyri-ərzaq məhsulları barədə məlumatlandırmaq və beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməklə yanaşı, bizim məqsədimiz yüksək keyfiyyətli innovativ məhsullar təklif etmək, həmçinin müştərilərimizi ruhlandırmaq, müsbət mənada təəccübləndirmək və həmişə orta gəlirli ailələr üçün münasib qiymətlər təqdim etməkdir. Bizim məramımız nədir və biz necə davranırıq? Dəyərlərimiz inkişafa nail olmaqda bizə kömək edir.