Brand In Baku haqqında
"Brand in Baku" reklam agentliyi 2003-cü ildən fəaliyyətdədir. Bugün biz 14 nəfərlik peşəkar heyətimiz ilə istənilən reklam sahəsində əmin iddiaçılar ola bilirik. Bu müddət ərzində Bakı və Azərbaycanın bölgələrində KİV vasitəsilə reklam kompaniyalarının keçirilməsi yönündə böyük təcrübə toplamışıq. Bununla yanaşı qarşılıqlı fəaliyyət nəticəsində biz çox yerli şirkətlərin əmtəə nişanının (brendin yaradılması) yaradılması və tanınmasına dəstək göstərmişik. Bu işdə mobillik, operativlik və sərfəli qiymət təkliflərimiz kifayət qədər önəmli faktorlarımızdır. Bu gün biz "Borjomi", "Kapital Bank", "Viola", «Савушкин продукт», "Good Year", "Bridgestone", "Unimed Pharm", "Рецепты Бабушки Агафьи", "Natura Siberica", "Rezlov", "Nycomed" kimi böyük şirkətlərlə işləyirik. Bununla yanaşı bizim ATV kanalında yayımlanan televiziya layihəmiz vardır."Çox Yaşa" verilişi Azərbaycan televiziya tamaşaçısına fərqli formatda təqdim olunun ilk sağlamlıq mövzusunda olan layihədir. Verilişin üslubu məlumatlandırıcı, faydalı, əyləncəli formatdadır. Düşünürük ki, müşrəri ilə bizim aramızda ən vacib faktor düzgünlükdür. Bəlkə də elə buna görə, bir çox yeni müştərilərimiz bizim daimi mütərilərimizə və dostlarımıza çevrilir. Bizim üçün standart reklam kompaniyası anlayışı mövcud deyil, biz hər bir hədəf qrupu üçün fərdi tərz yaradırıq.