Azərbaycan Boks Federasiyası xəritədə

Azərbaycan Boks Federasiyası

Bakı, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3 AZ1000 *** 1 səs

Azərbaycan Boks Federasiyası haqqında

Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılıb. 1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı keçirilib. 1926-cı ildə Azərbaycanın ən güclü boksçuları Zaqafqaziya çempionatında iştirak edib və qalib olublar. 1929-cu ildə Azərbaycan – Türkiyə beynəlxalq görüşü keçirilmişdir. Azərbaycan Boks Federasiyası 1992-ci ildən AİBA və EABA-nın tam hüquqlu həqiqi üzvü olub. 2009-cu il yanvarın 23-də Azərbaycan Boks Federasiyasının hesabat-seçki konfransı keçirilmişdir. Kəmaləddin Heydərov yekdilliklə federasiyanın prezidenti seçilmişdir. Konfransda Ağacan Əbiyev federasiyanın I vitse-prezidenti, Süleyman Mikayılov və Rövşən Hüseynov isə vitse-prezident seçilmişlər.