Boutique xəritədə

Boutique

Bakı, Nəsimi rayonu, Bül-Bül prospekti, 44 AZ1000 *** 1 səs

Boutique haqqında

Elit jurnalı "Boutique Baku" zövq və üslubu, gözəl yaşamağı və geyinməyi seven insanlar üçün nəzərdə tutulub. Jurnalın adı - "Boutique Baku" özü barədə hər şeyi deyir. Jurnal dünya dəbinə həsr olunur və istər Azərbaycan, istərsə də dünya bazarında istehsal olunan lüks məhsulları işıqlandırır. Dövrümüzdə "Lüks" kəliməsi demək olar ki, bütün fəaliyyət sahələrində var və dünyada baş verən hadisələri hərtəfəli əhatə edən həyat tərzini nəzərdə tutur: jurnal 2 dövrü əhatə edir, bazarın dəyişməsinə qarşı həssasdır və qlobal tendensiyalarla ayaqlaşır. "Boutique Baku" məhşur brendlər və zinət evlərinin tarixi və məhsulları barədə ətraflı məlumat verir, dəb sənayesinin yeniliklərini işıqlandırır, paytaxtımızda yeni kolleksiyası olan dəbli butiklər barədə məlumat verir. Oxucuların diqqətinə eləcə də, ekskluziv məhsulllar, dəbdəbəli əşyalar, maraqlı şəxsiyyətlərlə müsahibələr və Bakının lüks butikləri haqqında xəbərlər bölməsi çatdırılır. "Boutique Baku" kokteyli ləziz və sağlam qida reseptləri, dünya kinosu, musiqisi və ədəbiyyatı haqqında xəbərlərlə doludur. Ümid edirik ki, hər bir oxucu üçün maraqlı olan hisssə vardır, jurnal özü isə bir çoxları üçün nəinki xoş və informativ mənbə, həm də davranışları üçün təlimatlandırıcı olacaq.