"BOS Shelf" şirkəti "Star Gulf FZCO" və bu partnyorluqda Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) simasında təmsil olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən təsis edilmişdir. 2001-ci ilin noyabr ayında "BOS Shelf" şirkəti AMOK şirkətindən Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri, Çıraq və Dərinsulu Günəşli yataqlarının tam miqyaslı işlənməsi layihəsinin ilkin mərhələsini təşkil edən Mərkəzi Azəri yatağı üçün iki (2) dərin sulu dayaq bloklarının tikintisinə sifariş aldı. Faza 1 çərçivəsindəki işlərin yerinə yetirilməsi üçün "BOS Shelf" BDÖZ-da montaj sexlərinin və montaj meydançalarının geniş miqyaslı yenidən təchizatını həyata keçirdi. Bundan əlavə, təlim proqramalarının köməyi ilə ixtisaslı azərbaycan kadrların hazırlanmasına nail olundu. Milli məzmunun artırılması üçün "BOS Shelf" avadanlıq kompleksinin modernləşdirilməsini həyata keçirərək əhəmiyyətli sayda azərbaycanlı əməkdaşları işlə təmin etmişdir.
Üçüncü faza üzrə dayaq özülləri layihədə nəzərdə tutulduğundan tez hazırlanıb təhvil verilmişdir. İşlərin vaxtından erkən başa çatdırılması məsələsi AÇG layihəsi boyu öz aktuallığını qorumuşdur.Tamamlama işlərinin son üç ayı ərzində, işçi qüvvəsi diqqətini sadəcə iş üzərində cəmləyərək və peşəkarlıq göstərərək çalışmışdır ki, bu da BOS Şelfə Xəzər dənizi regionunun ən yaxşı icraçı podratçısı adını qazandırmışdır.7 il davam edən AÇG və ÇNL layihələri şirkətimiz üçün maraqlı bir təcrübə olmuşdur. Bugün sahə avadanlıqlarımız dünya standartlarına cavab verir və birlikdə biz, konstruksiyaların ən yüksək beynəlxalq standartlara müvafiq təhvil verilməsi üçün lazımi bacarıqlar əldə etmişik. Hal-hazırda sahənin həcmini artırmaq üçün BDÖZ-də iki saylı stapelin təmirini həyata keçiririk.
Əldə etdiyimiz ən böyük uğurlarımızdan biri də əmək təhlükəsizliyinin qorunması olmuşdur. Gərgin iş qrafikinə uyğun çalışmaqla bərabər, hər kəsin sağlam və təhlükəsiz işləməsinə nail olmaq bizim üçün hər zaman prioritet olmuşdur. Biz hamımız fəxr edirik ki, 9 milyondan çox işçi saatının sərf olunmasına baxmayaraq, AÇG layihəsini heç bir bədbəxt hadisə olmadan başa çatdırmağa müvəffəq olmuşuq.
Şirkətin işçi heyəti təxminən 3 000 nəfərdən ibarətdir. Onların 95 faizi Azərbaycan vətəndaşlarıdır.BOS Şelf öz işçilərinin peşəkarlıq səviyyəsini beynəlxalq standartlar səviyyəsinə qaldırmaq üçün təlimlərin keçirilməsinə böyük əhəmiyyət verir. Bu təlimlərə BDÖZ ərazisində yaradılan və fəaliyyət göstərən ixtisaslaşdırılmış təlim mərkəzlərində qaynaqçıların və quraşdırıcıların kvalifikasiyalarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi daxildir. Bundan əlavə, mühəndisləri, mühasibləri və inzibati işçiləri inkişaf etdirmək üçün keçirilən bir sıra kurslar da müvəffəqiyyətlə başa çatdırılmışdır.