BME Lift Co. haqqında
"BME Lift Co" şirkəti binalarda və tikililərdə qaldırıcı – daşınma avadanlıqlarının montajı ilə əlaqədar fəaliyyətlər ilə məşğuldur. Şirkət eskalatorların, lift avadanlıqlarının, elektron qapıların, eyni zamanda onlar üçün ehtiyat hissələrinin təchizini həyata keçirir. "BME Lift Co" şirkətinin səlahiyyətləri bunlardır:
- elektron qapıların və liftlərin quraşdırılması, işə salınması və istismara verilməsi, onların texniki xidməti;
- müştərinin öz tələblərinə uyğun olaraq istismar olunan, köhnəlmiş avadanlıqların yoxlanması;
- qaldırıcı – daşınma avadanlıqlarının, liftlərin dəyişdirilməsi, müasirləşdirilməsi və təmiri;
- baş podratçıların öhdəliklərinin icrası.
“Açarla təhvil vermə” layihəsində icra olunan işlər aşağıdakılardır: layihələrin hazırlanması, tikinti, montaj, elektromontaj, bəzək işləri, təchizat, liftlərin texnikmi vəziyyətlərinə kompüter və avtomatlaşdırılmış nəzarət sistemlərinin əlaqəsinin dispetçer sistemi ilə nizamlanması, müvafiq avadanlığın sifarişi üçün müştəriyə texniki yardım.