BM Logistics xəritədə

BM Logistics

Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1 AZ1029 *** 2 səs

BM Logistics haqqında

BM Nəqliyyat şirkəti Azərbaycanda və Cənubi Qafqaz regionunda biznes fəaliyyəti üçün strateji logistika xidməti təmin edən geniş miqyaslı logistika şirkətidir. "BM Nəqliyyat" MMC 2009-cu ildən etibarən fəaliyyət gostərir. "BM Nəqliyyat" şirkəti Logistika xidmətləri üzrə Azərbaycanda Lider şirkətlərdən biridir. Fəaliyyətə başladığı zamandan etibarən daşınmalar sahəsində göstərdiyi yüksək peşakarlıq və keyfiyyətli xidmətdən dolayı yük daşınmaları sahəsində müştərilərin böyük rəğbət və inamını qazanmışdır. Daşımacılıq sahəsində 6 illik fəaliyyət dövrünün çox qısa olmasına baxmayaraq "BM Nəqliyyat" şirkəti uzun illər daşımaçılıq işi görən şirkətlərdən daha keyfiyyətli, etibarlı (sığortalı) xidmətlər verməkdədir. Şirkətə təcrübəli mütəxəssislər və beynəlxalq logistika ekspertləri rəhbərlik edir. Müəssisə bir nəqliyyat şirkəti olaraq müxtəlif növ yüklərin avtomobil, su nəqliyyatı, hava nəqliyyat və dəmir yolu ilə daşınmasını həyata keçirir. Yukərin dünyanın istənilən məntəqəsinə çatdırılmasına tam zəmanət verir. "BM Nəqliyyat" MMC daşınmalar sahəsi ilə yanaşı həm də Rusiya Federasiyasının Kamaz QSC-nin Azərbaycan üzrə rəsmi nümayəndəsidir. Şirkətin Balansında 162 yük avtomobili mövcuddur. 92 Mack Trucks, 50 Kamaz və 20 Man markalı yük maşınları daima fəaliyyət hazır vəziyyətdədir. 2014-cü ildən etibarən "BM Nəqliyyat" MMC 40 metr hündürlükdə Binaların tikintisi 1-ci və 2-ci kateqoriyalı yolların tikinti və təmir işləri üçün Lisenziya Almışdır. Şirkətin logistika mütəxəssislərindən ibarət xüsusi komandası və təcrübəli nəqliyyat sürücüləri vaxtlı-vaxtında müştərilərin nəqliyyat ehtiyaclarını tamamilə təhlükəsiz bir şəraitdə qarşılayaraq tam mükəmməl bir xidmət həyata keçirir. Şirkət prosesin hər bir mərhələsində müştərilərin məlumatlandırılmasını təmin edən real vaxta müvafiq idarə olunan, geniş miqyaslı logistika xidməti təklif edir. BM Nəqliyyat şirkəti müştərilərin biznes tələblərini hərtərəfli qiymətləndirmək məqsədilə onların ehtiyaclarını tam mənada başa düşməsi və təmin etməsi ilə yüksək xidmət göstərir. - Logistika xidmətinin planlaşdırılması; - Nöqtəbənöqtə çatdırılma; - Təlim keçən heyət və sürücülərlə təmin etmə; - Böyük və uzun məsafə üçün nəzərdə tutulan nəqliyyat vasitələri; - Nəqliyyat vasitələri.