Bioloji Təbabət Klinikası – adından məlum olduğu kimi təbii, tənzimləyici, bərpaedici təbabət üsulları ilə müalicə aparan tibb mərkəzidir. Klinikada aparılan müalicə metodlarının digər, kimyəvi dərman müalicələrindən fərqi ondan ibarətdir ki, unikal bioloji müalicə üsulları ilə hər bir insanın xəstəliklərinə individual, fərqli yanaşılır və orqanizmin tənzimləyici mexanizmlərinin , zədələnmiş orqanların bərpasına, immun sistemin möhkəmləndirilməsi və orqanizmin zərərli maddələrdən təmizlənməsinə yönəlmiş metodlardan istifadə edilir. Müalicədə istifadsə olunan bioloji tənzimləyici dərman maddələri dünyanın 60-dan çox inkişaf etmiş ölkələrində istifadə olunur və tam təbii tərkibli –bitki, mineral, mikroelement, mikroorqanizm, orqan və toxuma ekstraktlarından hazırlamış “ Almaniya”-nın dünyaca şöhrətli “HEEL”, “SANUM”,”SYMBİO” dərman şirkətlərinin bioloji preparatlarına üstünlük verilir.
Kimyəvi dərmanlarla müalicə oluna bilməyən və ya kimyəvi, hormonal dərmanların təsirilə fəsadlaşan xroniki xəstəliklərin müalicəsi.
Uzunmüddətli antibiotikoterapiya nəticəsində formalaşan rezistentlik , dizbioz və ikincili immun çatışmamazlıqların müalicəsi.
Maddələr mübadiləsinin pozğunluqları nəticəsində formalaşan piylənmə, sidik-turşulu diatez və.s kimi xəstəliklərin müalicəsi.
Uşaqlarda kəskin respirator infeksiyalar,qurd invaziyaları, immun zəifliyi və.s kimi müxtəlif patologiyalarda uşaq orqanizminə ziyan vurmadan avropa standartlı tam təbii dərman maddələri ilə müalicəsi.
Bioloji Təbabət Klinikasında şərq və qərb təbabətinin sintezi olan unikal müalicə prosedurlardan istifadə olunur.
Yalnız Biotənzimləyici təbabətə xas olan yuxarına göstərilən müalicələrdən əlavə klinikada müasir standart metodlardan- ozon terapiyası, plazmafarez, zəli müalicəsi, fizioterapiya, müalicəvi idman və s. kimi müalicələrdən də geniş istifadə olunur.Klinikanın həkim kollektivi yüksək ixtisaslı akademik bilikləri olan Avropada həmçinin, yerli “Bioloji tənzimləyici təbabət və antihomotoksik terapiya ” kurslarını keçən “Beynəlxalq Antihomotoksik terapiya Akademiyası” nın sertifikatını əldə edən müxtəlif ixtisaslı həkimlərdir.