Bio Restaurant Granada xəritədə

Bio Restaurant Granada

Bakı, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 79 AZ1000 *** 1 səs

Bio Restaurant Granada haqqında

Müasir zamanda ən mühüm problemlərdən biri də təmiz qida problemidir. Bir çox xəstəliklərin əsasında düzgün və sağlam olmayan qidalanma dayanır. Bu gün bütün dünya üçün qlobal olan orqanik və ya üzvi qida anlayışı yayılmışdır.Bəs orqanik qidalanma nədir?Beləki ,müasir zamanda bir çox məhsulların istehsalında ziyanverici kimyəvi əlavələrdən istifadə olunur. Hazırlanan yeməklərin tərkibində istifadə olunan ərzaq məhsullarının yetişməsində gübrə və dərmanlardan və başqa başqa kimyəvi əlavələrdən istifadə olunur.Bunun nəticəsində insan orqanizmində ilk baxışdan nəzərə çarpmayan müxtəlif xəstəliklər yaranır və inkişaf edir.Bununla mübarizədə təmiz qida problemlərini həll etmək üçün bir sıra Avropa ölkələrində İspaniya, Fransa, Almaniya, İtaliyada biomarketlərin , biorestoranların açılması dəb halını alıb və aktuallaşıb.Bu ölkələrdə biorestoranlar çox yüksək uğurla fəaliyyət göstərir və sağlamlığına dəyər verən insanlar üçün əvəzedilməz məkanlara çevrilmişdir.Bütün bunları nəzərdən keçirərək Azərbaycanda ilk olaraq biorestoran açmağı qərara aldıq.Azərbaycan xalqının sağlam gələcəyi naminə başladığımız işlərin davamı kimi sizə Bio Restoran Granadanı təqdim edirik.

Bio Restoran Granadanın xidmətləri

Bio Restoran Granadada ancaq təbii yolla yetişdirilmiş ərzaq məhsullarından meyvə və tərəvəzdən, ət və quş məhsullarından, süd və süd məhsullarından istifadə olunaraq yerli aşbaz mütəxəssislər tərəfindən əsrarəngiz yeməklər hazırlanır.Burda sizə təklif olunan qidalar tam təbii yolla və üzvi şəkildə, təbiət qanunlarını nəzərə alaraq istifadənizə verilir.Qida məhsullarından bio ət, bio süd, bio balıq, bio nar və s. kimi boloji təmiz qiadalar sizə təqdim olunmaqdadır.Məsələn bio ət deyərkən tam təbii sahələrdə saxlanılan, təbii yemlərlə qidalandırılan, müalicəsində heç bir sintetik vasitələrdən istifadə olunmayan ət nəzərdə tutulur.

Biobalıq üçün də eyni şərtlər aiddir.Balıqlar tam təbii sularda, otlarla zəngin sularda saxlanılır.Yemləndirilməsində geni dəyişdirilmiş qidalardan istifadə olunmur.Bio nar deyərkən ekoloji təmiz sahələrdə yetişdirilən narlar, bu narların ziyanvericilərlə mübarizəsində kimyəvi maddələrdən istifadə olunmur üzvi mübarizəyə üstünlük verilir.Nardan alınmış qidalar (narşərab, nar suyu) insan əliylə bir bir dənələnir və daha sonra istehsal prosesinə və sizlərin istifadənizə verilir.