Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Bilgəh” kardioloji sanatoriyası Sizə Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 40 km aralıda yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Bilgəh qəsəbəsində istirahətdən həzz almaq və ürək-damar sistemi xəstəliklərinin müalicəsinin aparılmasına müsbət təsir göstərəcək. Sanatoriyanın yerləşdiyi təbii amilləri, dəniz, quru və mülayim iqlim ürək-damar xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir. “Bilgəh” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur.
“Bilgəh” kardioloji sanatoriyasında bir nəfər üçün 18 təqvim günü müddətinin təxmini qiymətləri ( yaşayış, müalicə, gündə üç dəfə qidalanma)
- İki nəfərlik iki otaqlı lüks dəniz mənzərəli 1034 AZN
- Bir nəfərlik bir otaqlı lüks 945 AZN
- İki nəfərlik iki otaqlı lüks dəniz mənzərəli(1 mərtəbə) 1004 AZN
- İki nəfərlik iki otaqlı lüks dəniz mənzərəli 772 AZN
- İki nəfərlik iki otaqlı lüks dəniz mənzərəli(1 mərtəbə) 722 AZN
- İki nəfərlik iki otaqlı lüks (cənub tərəf) 719 AZN
- İki nəfərlik iki otaqlı kottec 813 AZN
- İki nəfərlik iki otaqlı lüks (kottec № 5) 800 AZN
- İki nəfərlik bir otaqlı yarımlüks (kottec) 650 AZN
- İki nəfərlik bir otaqlı yarımlüks dəniz mənzərəli 657 AZN
- İki nəfərlik bir otaqlı yarımlüks dəniz mənzərəli(1 mərtəbə) 637 AZN
- İki nəfərlik bir otaqlı standart nömrə (kottec-5) 631 AZN
- Bir nəfərlik bir otaqlı nömrə seksiyada 572 AZN
- İki nəfərlik bir otaqlı nömrə seksiyada 554 AZN
- İki nəfərlik bir otaqlı standart nömrə (kottec-4) 584 AZN
- iki otaqlı iki nəfərlik lüks(cənub tərəf) 1 mərtəb) 708 AZN
Tibbi göstərişlər
- kardial tipli neyrosirkulyator xəstəliklər
- ürəyin reymatik xəstəlikləri, qeyri-fəali dövr
- hipertoniya xəstəlikləri I-II dərəcə
- ürəyin işemik xəstəliyi -gərginlik stenokardiyası I-II faza
- ürəyin işemik xəstəliyi infarkdan sonrakı kardioskleroz (6 aydan sonra)
- xroniki ürək çatışmamazlığıI-II dərəcələr
- aorta koranar şuntlamadan sonrakı vəziyyətlər (6 aydan sonra)
- stend əməliyyatından sonrakı vəziyyətlər (4 aydan sonra)
- digər formalı yüngül ürək xəstəlikləri
Tibbi əks göstərişlər
- kəskin faza olan bütün xəstəliklər
- onkoloji xəstəliklər
- infeksion xəstəliklər
- vərəm və bronxal astmaidli xəstəliklər
- kəskin miokard infarktı
- gərginlik stenokardiyası III-IV faza
- qeyri-stabil stenokardiyalar
- ürək çatışmamazlığı II-III dərəcə
- ürək astması ilə müşahidə olunan kardiopatiya
- III dərəcəli hipertoniya xəstəliyi
- hipertonik krizlər və beyin insultu
- hamiləliyin bütün dövrləri
Bilgəh Kardioloji Sanatoriyada müalicə
Komfortlu müalicə şöbəsi və yüksək ixtisaslı mütəxəssis kurortoloqlar Sizin müalicənizin müvəffəqiyyətlə keçməsini təmin edəcəklər.
Xəstələrin reablitasiya proqramlarında dozalanmış fiziki yükləmədən geniş istifadə edilir. (trenajorlar, gəzintilər, idman oyunları, dənizdə çimmək və s.)
Bilgəh Kardioloji Sanatoriyanın arsenalında
- təbii müalicəvi yodlu-bromlu vannalar
- massaj
- müalicəvi bədən tərbiyəsi
- psixoterapiya
- fizioterapiya
- naftalan və parafinlə müalicə
- günəş və hava vannaları
- müalicəvi dəniz çimərliyi
- müalicə-gimnastika
- sualtı duş-massaj
Aşağıdakı müayinə aparatlarından istifadə edərək təcrübəli mütəxəssislər müalicənin nəticələrini izləyirlər
- elektrokardioqrafiya
- ultrasəs
- kliniki və biokimyəvi
Ehtiyacınız olduqda Siz aşağıdakı mütəxəssislərin xidmətindən yararlana bilərsiniz
- qastroenteroloqun
- uroloqun
- ginekoloqun
- stomatoloqun