“Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti “AXDG” QSC-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, xüsusi boyalar və texniki vasitələr hazırlamaqdan ibarətdir. Bununla yanaşı, zavod gəmilərdə sistem və qurğuların, elektrik və radionaviqasiya avadanlıqlarının, mühərriklərin, cihazların quraşdırılması və sazlanması, habelə gəmilərin doka qaldırılaraq sualtı hissələrin təmizlənməsi, təmiri və rənglənməsi ilə bağlı işləri yüksək keyfiyyətlə həyata keçirir.Zavodun strukturuna Mexaniki-təmir, Gövdə-qaynaq, Enerji-mexaniki xidmət, Ağac emalı, Tərsanə, Təmizləmə-rəngləmə, Tökmə, Elektrik-quraşdırma və Boya istehsalı bölmələri daxildir.