Beyləqan Rayon İcra Hakimiyyəti xəritədə

Beyləqan Rayon İcra Hakimiyyəti

H. Əliyev küçəsi, Beyləqan, 25 AZ1200 *** 0 səs

Beyləqan Rayon İcra Hakimiyyəti haqqında

Mil düzü rayonları qrupuna daxil olan Beyləqan rayonu 24 noyabr 1939-cu ildə yaranmış və Jdanov rayonu adlandırılmışdır. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Beyləqan rayonu adlandırılmışdır.Beyləqan rayonun ərazisi Azərbaycan Respublikasının Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habele İran İslam Respublikası ilə həmsərhəddir.Rayonun ərazisi 1,13 min kvadrat km, əhalisinin sayı 01.01.2010cu il tarixə 87,4 min nəfərdir.1 kvadrat km-ə 77 nəfər düşür.Mərkəzi Beyləqan şəhəridir.Beyləqan rayonu ilə Bakı şəhəri arasındakı məsafə 265 km-dir.Rayon 1 şəhər, 10 qəsəbə və 20 kənd olmaqla, cəmi 31 ərazi vahidinə bölünmüşdür. Rayonda 1 şəhər, 15 qəsəbə, 21 kənd yaşayış məntəqəsi, o cümlədən 37 bələdiyyə mövcuddur.