Bəyaz Lotus xəritədə

Bəyaz Lotus

Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3165 AZ1000 *** 2 səs

Bəyaz Lotus haqqında

Bəyaz Lotus professionalların xidmət göstərdiyi premium klass estetik və spa mərkəzidir. Azərbaycanın müasir baxışlı xanımlarının zövqünü və tələbatını nəzərə alaraq çalışmışıq ki, gözəllik və sağlamlıq arasındakı balansı qorumaq şərti ilə təcrübəli müasir tələblərə cavab verə bilən ustalarımız və bütün işçi heyətimiz həm klassik, həm son dərəcə müasir, həm də Germani De Capuccioni düsturu ilə müstərilərimizə xidmət göstərə bilsinlər.

Bəyaz Lotus estetik və spa mərkəzin fəaliyyəti

Respublikamızda fəaliyyət göstərən bütün mərkəzlərdən əsas fərqimiz və yeganəliyimiz ondadır ki, həftənin bütün günləri yalnız və yalnız xanımlara xidmət göstəririk.Əsilzadə xanımlara layiq yeni-təptəzə klubumuzda nələr yoxdur? – şəlalə dekorasiyası ilə əsrarəngiz gözəlliyə malik olan üzgüçülük hovuzu, cakuzi, vito-bar, 2 nəfərlik vip massaj otağı, massaj kabinetleri, türk hamamı, sauna, trenajor zalı, yoqa, duş kabinləri, müalicəvi vannalar, Candella aleksandrit lazer epilyasiyası, arıqlamaq üçün massaj və aparat kosmetoloqiyası, pilates, hidromassaj vannaları, gözəllik salonu, müasir aparatlarla təmin olunmuş kosmetologiya otaqları, savadlı və təcrübəli tərbiyəçiləri olan uşaq otaqları və s…

Spa mərkəzi

Bəyaz Lotus Estetik Merkez SPA-nın professional mütəxəssisləri SİZİ inandıracaqlar ki, massaj yalnız elm deyil, o həm də incəsənətdir - təmas, toxunma incəsənətidir. Biz Mərkəzimizdə müştərilərimizin istirahəti üçün, onların əhval ruhiyyələrinin artması və özlərini enerjili hiss etməsi üçün hər cür şərait yaratmışıq.Massajist qızlarımız ənənəvi massajla yanaşı relaksasiya məqsədi ilə stoun terapiya, yəni vulkanik mənşəli isti daşlarla massaj üsulundan da istifadə edəcək və bədəninizin qan dövranının yaxşılaşmasına, əzələlərinizin boşalmasına, daxili orqanlarınızın fəaliyyətinin yüksəlməsinə köməklik edəcəklər. Əminik ki, siz bizim SPA-nı təravətli, yüngülləşmiş, məmnun vəziyyətdə və tezliklə yenidən bu məkana qayıtmaq istəyi ilə tərk edəcəksiniz. Spa Mərkəzinin aşağıdakı xidmətləri vardır:

  • Hovuz
  • Sauna
  • Türk hamamı
  • Cakuzi
  • Hidromassaj vannası
  • Massaj
  • Aqua aerobika

Estetik mərkəz

Bəyaz lotus Estetik Mərkəz SPA bədəninizin korreksiyası üçün ən yaxşı estetik metodlar təklif edən xususi bir mərkəzdir. Professionallarımız plastik əməliyyatsız ən müasir aparat və metodlardan istifadə edərək bir çox estetik problemləri-arzuolunmaz tükləri, artıq çəkini, sellüliti, dəri problemlərini və s. aradan qaldıracaqlar. Mərkəzimiz ən müasir innovasiyalı aparatlarla təchiz olunub. Ona görə də lazer epilyasiyasını, sellülitdən təmizlənməni çəkinin korreksiyasını aparatlar və kompleks-individual proqramlar vasitəsi ilə sizin gözəl fiqura və təmiz dəri sahibi olmağınıza asanlıqla köməklik edə biləcəyik. Estetik mərkəzin aşağıdakı xidmətləri mövcuddur:

  • Kosmetologiya
  • Apparatnaya kosmetologiya
  • Lazer

Fitness və aerobika

Fitnes – aerobika insanın daima qamətli və gözəl formada qalmasına köməklik edən sağlamlıq idman növündən biridir.Fitnes və aerobikanın özünəməxsusluğu, idman və incəsənətin, hərəkət və musiqinin vəhdətliyindədir.

  • Trenajorlar
  • Aerobika
  • Pilates
  • Yoqa
  • Rəqs

Gözəllik salonu

Burada xanımlara ən son dəbdə olan xidmətlər göstərilir. Bu isə imkan verir ki,özlərini həmişə gözəl, cəlbedici görmək istəyən xanımlara yeniliklər təklif edərək bütün arzuları yerinə yetirilsin.Özünüzü əvəz edilməz, cazibədar hiss etmək istəyirsinizsə salonumuza tələsin. Əminliklə deyirik ki, buradakı bütün müasir vasitələrdən yararlanandan sonra salonumuzu dünyanın ən xoşbəxt qadını kimi tərk edəcəksiniz. Gözəllik salonunda aşağıdakı xidmətlər yerinə yetirilir:

  • Saçlara qulluq
  • Manikur
  • Pedikur
  • Vizaj