Bestcomp Group xəritədə

Bestcomp Group

Bakı, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 2A AZ1072 *** 2 səs

Bestcomp Group haqqında

1995-ci ildə yaradılmış BestComp Group şirkəti Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biridir. Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən BestComp Group-un fəaliyyəti distribüsiya, layihə həlləri, kommunikasiya, şəbəkələrinin qurulması və pərakəndə satış kimi sahələri əhatə edir. Şirkətin Gürcüstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda biznes tərəfdaşları vardır. Gürcüstanda BestComp Georgia birgə müəssisəsini yaratmaqla, BestComp Group beynəlxalq bazarda fəaliyyətini daha da genişləndirdi. Bu gün BestComp Group Azərbaycanla yanaşı, Gürcüstanda və Orta Asiya respublikalarında müxtəlif İKT layihələrinin icrasında iştirak edir. BestComp Group şirkəti ABŞ-ın Azərbaycandakı ticarət palatasının üzvüdür

BestComp Group şirkəti fərqləndirən xüsusiyyətlər:

  • yüksək ixtisaslı mütəxəssislərə malik olması;
  • təklif olunan mütərəqqi texnologiya və həllər;
  • müştəri tələblərinə peşəkar və məsuliyyətli yanaşma;
  • təqdim olunan xidmətlərin yüksək keyfiyyətidir.

Sistem inteqratoru olan BestComp Group-un təklif etdiyi həllər optimallığı ilə fərqlənir. Bu xüsusiyyətlər şirkətin müxtəlif iri layihələrdə müvəffəqiyyətlə iştirakını təmin edir.

BestComp Group şirkətində keyfiyyətin idarə olunması

Şirkət tərəfindən müştərilərə göstərilən xidmətin səviyyəsinin beynəlxalq standartlara cavab verməsi qarşıda qoyulan ümdə vəzifələrdən biridir. BestComp Group–un uzun müddət ərzində fəaliyyət göstərən keyfiyyətin idarə olunması sisteminin beynəlxalq keyfiyyət standartlarına uyğunluğu ISO9001:2008 sertifikatı ilə təsdiq edilmişdir.

BestComp Group şirkətinin lisenziyası və sertifikatları

Şirkәtin mütәxәssislәri әn yüksәk sәviyyәdә xidmәt vә dәstәk göstәrә bilmәk üçün mütәmadi tәlim keçir. Әsas biznes tәrәfdaşlarının tәlimlәrindә iştirak etmiş BestComp Group-un çox sayda mühәndisi HP, Acer, Cisco, APC by Schneider Electric, Eaton, Tripplite, Microsoft, Oracle, Symantec, Mikro, Polycom, Karel, Aastra, Artronic vә sair şirkәtlәrin rәsmi sertifikatlarına malikdirlәr. HP-UX, HP Storageworks, Vmware, vSphere, Citrix üzrә sertifikatlar almıs, HP OpenView tәlimlәrini keçmis mütәxәssislәr iri korporativ müştәrilәrin problemlәrini operativ vә keyfiyyәtlә hәll edirlәr. Mühәndislәr hәr il xarici ölkәlәrdә keçirilәn 30-dan çox tәlimlәrdә ixtisas bacarıqlarını tәkmillәşdirirlәr.