Benkons Group xəritədə

Benkons Group

Bakı, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 114A AZ 1072 *** 2 səs

Benkons Group haqqında

“Benkons Group” 2008-ci ildən Azərbaycanda fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi gündən etibarən idxal-ixrac əməliyyatlarını həyata keçirir. Dünyanın 30 dan çox ölkəsi ilə rəsmi müqavilələri mövcuddur ki, bunlardan da bir çoxu ilə distributorluq müqaviləsidir. Şirkət Rusiyanın Lebedyanski şirkətinin “Я”, Ukraynanın “Vitmark” şirkətinin “Jaffa” və “Sandora”, Türkiyənin “Juss”, İtaliyanin “San Benedetto”, Almaniyanin “Lausitzer”, Avstryanın “Pfanner”, Dağıstan vilayətinin “Rıçal”, Almaniyanın “Becker&Bester” kimi şirə və suları idxal edərək təklif edir. Bundan əlavə Latviyanın “Adazu” və Türkiyənin “Lays” kimi cipsləri, Avstryanın “Troyka” markalı enerji içkisi də şirkətin idxal etdiyi məhsullar siyahısındadır. Şirkətin daxili bazarda olan payına Rusiyanin “Wimm Bill Dann” və “Savuşkin Produkt” şirkətlərinin istehsal etdiyi muxtəlif markalı süd və süd məhsulları da daxildir. “Benkons Group” təkcə yeyinti sektorunda deyil, o cümlədən sənaye və tikintı sahəsində də özünəməxsus yer tutur. Türkiyənin “Kibar Diş Ticarət”, “Kantarcı”, “Üç-Ge” kimi böyük şirkətlərindən idxal olunan qara metaldan hazırlanmış panel və metal konstruksiyalarını, “Frigoglass” və “Klimasan” kimi Şirkətlərindən idxal olunan soyuducu virtin soyuducuları və market avadanlıqlarını misal göstərmək olar.