Beluga – Buzovna qəsəbəsinin sahilində yerləşən ən məşhur və seçmə restoranlardan biridir. Yay eyvanı müştərilərin istirahətinin rahatlığı üçün məxsusi olaraq təchiz edilmişdir, axşamlar isə dəniz ləpələrinin pıçıltısı və ürəyəyatan musiqinin sədaları altında istirahət etmək olar. Yay vaxtı burada habelə köşklər fəaliyyət göstərir, kokteyllər, müxtəlif xörəklər və qəlyanaltılar təqdim edilir.