Beha xəritədə

Beha

Bakı, 3014 AZ1000 *** 0 səs

Beha haqqında

“Beha Elektro AS” şirkəti 1917 – ci ildə Norveçdə təsis olunmuşdur. Dar ixtisas strategiyasının müdafiə olunduğuna görə, şirkətin istehsal etdiyi məhsullar nomenklaturası hələ də dəyişdirilməmiş və iki müəyyən qrupa bölünür. Birinci qrupa müxtəlif mətbəx avadanlıqları (elektrik və qaz), mikro dalğalı soba və mətbəx sovurucu avadanlığı daxildir. İkinci qrup bütün növ konvektorlardan – elektrik isidicilərdən ibarətdir. Bu strategiya sayəsində “Beha” konkret müəyyən bazar sahəsində aparıcı mövqeni tuta bilmişdir. Toplanan çox illik təcrübə və biliklər, eyni zamanda müasir texnologiyalardan istifadə dünya və azərbaycan bazarında etibarlı partnyor reputasiyası üçün bir əsas kimi xidmət edir. Şirkət təxminən Oslodan cənub istiqamətdə yüzlərlə kilometrdə yerləşdirilən müasir və dünya standartlarına uyğun bir müəssisəsi vardır. Burada baş anbar yerləşir ki, hazır məhsullar buradan Norveç şəhərinə, eyni zamanda xarici dövlətlərə, həmçinin Azərbaycana göndərilir. “Beha” müştərilərə yeni plintus və panel isidici – elektrik konvektorların yeni seriyalarını təklif edir. Azərbaycan bazarı üçün yeni olan bu elektrik qızdırıcıları adi qızdırıcılardan, yeni texniki həll yollarına, zəngin komplektasiyaya, ənənəvi səviyyəli yüksək norveç keyfiyyətinə və yararlı qiymətinə görə fərqlənir. “Beha” brendli elektrik konvektorlarının fərqləndirici xüsusiyyətləri: müasir səssiz isidicilər və aşağı temperaturlu elementlər, ikiqat izolyasiya ilə sıçrayışa qarşı mühafizə (IP 24), ön paneldə 80 dərəcə Selsiyə kimi maksimum temperatur, Selsi üzrə 0,2 dərəcə temperatur müdafiə dəqiqliyi ilə elektron termostat, donmaya qarşı əlavə qoruyucu mexanizm, artıq qızmaya qarşı avtomatik mühafizə, gərginliyin 150 Volta kimi enmə sıçrayışını saxlayır, iş gərginliyi 220 Voltdan 240 Volta kimi (1,5 m) paylaşdırıcı qutu və ştepsel çəngəli, idarə panelinin üzərində kilidlənən örtük vardır (uşaqlardan mühafizə), təzyiqə davamlı korpus, 25 illik istifadə müddəti olan avadanlıqlar, elektron konvektorlarının gözəl dizaynı, korpusun yan təzyiqə davamlı səthi, termostat elektron, zəmanət 7 il, səssizlik və ekoloji baxımdan yararlılıq. Bir çox konvektorların çatışmamazlıqlarından biri qeyd etmək lazımdır ki, avadanlığın daxilində isidici detalların səthinin yüksək temperaturu (225 dərəcə Selsidən artıq) zamanı baş verən havanın quruması və tozun yanmasıdır. “Beha” brendinə malik olan elektron konvektorların xarici korpusunda isidici detallar dəliklər və soyuducu çıxıntılar ilə presslənmiş aliminium materialdan hazırlanmışdır ki, bu da səthin maksimum genişləndirilməsinə və isidici detalların temperaturunu minimuma kimi azaltmaq yolu ilə istiliyin ideal qaydada paylanmasına nail olmağa imkan verir. Məhz bu səbəbdən, bu detalların iş temperaturu ümumilikdə 90 dərəcə Selsi təşkil edir ki, bu da müvafiq avadanlıqlar ilə müqayisədə ən aşağı göstəricidir. “Beha” brendinə malik elektron konvektorların xarici korpusunun daxili səthinin qalvanizə olunmuş örtüyü də həmçinin temperaturun azalmasına səbəb olur. Nəticədə, xarici panelin temperaturu 80 dərəcə Selsiyə düşür ki, bu da daha kiçik sahələrdə avadanlığın quraşdırılmasına imkan yaradır. İsidici detalların konstruksiyası xüsusi şüşə liflərdən davamlı kronşteynə bərkidilmiş bütöv metaldan ibarət olduğuna görə elektron konvektorların işi zamanı yaranan arzuolunmaz səslər kənarlaşdırılır. Avadanlıqların təhlükəsiz istismarını təmin etmək məqsədi ilə, onların panelləri iki laylı izolyasiyadan hazırlanır. Bu konvektorlar istənilən divara birləşdirilmiş və ya birləşdirilməmiş 230 Volt gərginlikli rozetkalara malikdirlər. “Beha” brendli bütün elektron konvektorlar xüsusi sınaqdan keçirilmişdir, hansı ki bundan sonra, bu məhsullar sıçramaya qarşı mühafizə - IP 24 sinifli uyğunluq sertifikatlarını qazanmışdır. Buna görə də, avadanlıqlar rütubətə qarşı yerləşdirilən vanna otaqlarında və ya digər obyektlərdə istifadə üçün yararlıdır. Pərdə, paltar və ya arzuolunmaz qızmaya səbəb ola biləcək digər material ilə isidicinin korpusu təsadüfən örtülən zaman, termo qoruyucu avtomatik olaraq avadanlığın işini dayandırır. Təhlükə neytrallaşdırıldıqdan sonra, proses avtomatik olaraq bərpa olunur. “Beha” konvektorlarının əlavə təhlükəsizlik faktorları avadanlığın xarici panellərinin temperaturunun 80 dərəcə Selsiyə salınması, korpus üzərində iti ucların olmaması, gərginliyin enmə ehtimalı olan konvektorların hətta stabil olmayan elektro şəbəkələrdə fasiləsiz işidir. Yeddi illik xidmət zəmanət müddəti konstruksiyada sürtünən detalların olmaması, elektro konvektorun 25 ildən çox fasiləsiz işləmə ehtimalının olması, ən əsası isə ənənəvi yüksək keyfiyyətli termostatın olması sayəsində təmin olunur. “Beha” brendli konvektorlarda müasir elektron yüksək gərginlikli termostatın olması 0.2 dərəcə Selsiyə kimi dəqiqlik ilə otaqda istiliyin saxlanmasına imkan verir, əlavə donmaya qarşı mühafizə proqramı isə sahib olmayan zaman temperaturun 5 dərəcə Selsidən aşağı enməsinin qarşısını alacaq. Elektrokonvektorlar qayıtdıqdan sonra, temperatur avtomatik olaraq komfort səviyyəyə kimi nizamlanacaq. Donma ehtimalının olmaması əhəmiyyətli elektrik qənaəti ilə otaqda lazımi otaq temperaturunun olmasına imkan verir. Əlavə rahatlığı və elektrikə qənaəti üç proqramlaşdırılan rejim ilə 100 TP çıxarıla bilən moduldan istifadə zamanı əldə etmək olar. Cihazın müsbət xüsusiyyətlərindən digəri montajın və istismarın rahatlığıdır. Elektrokonvektorların quraşdırılması çox sadədir. Sadəcə olaraq dirsəkdən istifadə edərək divarda 4 dəlik yerləşdirmək və müvafiq şrupları ora yeritmək və sonda isidicini quraşdırmaq kifayət edir. Elektrik konvektorları ştepsel çəngəllər ilə yarım metrlik elektrik kabelləri, eyni zamanda qida mənbəyi ilə alətin stasionar birləşdirilməsi üçün paylaşdırıcı qutular ilə təchiz olunub. Konvektorun korpusunun səthindən tozun mütəmadi olaraq silinməsi – bütün istismar müddətində “Beha” markasına malik olan cihaza qarşı yeganə qulluq şərtidir. Panelin arxa hissəsinin rahat təmizlənməsi üçün cihazın demontajı olmadan isidicini çıxarmaq mümkündür. Tozdan mühafizə məqsədi ilə elektrik konvektorları kilidlənən örtük ilə təchiz olunur ki bu da idarə panelinin üzərində quraşdırılır. Bu, ictimai binalarda və məktəblərdə quraşdırma zamanı rahat və vacib elementdir. Böyük etibarlılıq üçün, isidici və qoruyucu örtük eyni zamanda əlavə fiksasiyaya malikdir. İsidici elementin səthində tozun oturması konvektorun ön hissəsində deflektorların yeləşdirilməsi hesabına əhəmiyyətli dərəcədə azalır. Elektrokonvektorların panelləri təhlükəsiz montaj və istismarın təmini üçün iki qatlı izolyasiya ilə yerinə yetirilir. Bu üstünlüyü sayəsində onları 230 Volt gərginlik ilə divara bərkidilmiş və ya bərkidilməmiş istənilən rozetkaya qoşmaq olar.