Beauty Palace Anti Age Clinic xəritədə

Beauty Palace Anti Age Clinic

Bakı, Nərimanov rayonu, Təbriz küçəsi, 239 AZ1052 *** 4 səs

Beauty Palace Anti Age Clinic haqqında

Anti age mərkəzi “Beauty Palace” klinika, kosmetologiya, Spa və imic zonası, akvaaerobika və fitnes zalı ilə xidmətinizdədir. Burada Siz hər növ tibbi və kosmetoloji xidmətlər sayəsində cavanlaşdırma və sağlamlaşdırma prosedurları qəbul edib, Spa zonada tam relaks və imic zonasında görünüşünüzü mükəmməlləşdirə bilərsiniz.Bundan başqa tədris mərkəzində kosmetoloji kurslar, gələcək analar üçün məktəb, make up – vizaj kurslarına yazıla bilərsiniz.Xaricdə təhsil almış həkim və digər mütəxəssislərimiz Sizin xidmətinizdədir. 

Anti age nədir ?

Anti age tibdə insan sağlamlığına yeni yanaşmanı əks etdirən müasir sahədir. Bu, orqanizmin yaşlanmasına qarşı yönəldilmiş prosedurlar kompleksidir. Anti age proqramı zamanı pəhriz, fiziki hərəkətlər, vitamin preparatları və s. vasitəsilə həyat tərzinin dəyişdirilməsi, orqanızmin təmizlənməsi və bunun sayəsində yaşlanma mexanizminin ləngiməsi həyata keçirilir. Mütəxəssislər  düşünürlər ki, yaşlanma prosesini ləngitmək, hətta saxlamaq mümkündür. Həqiqətən də Anti age proqramını həyata keçırən pasientlər öz yaşıdlarından 10-30 yaş daha cavan görünürlər.

Kosmetologiya

“Anti Age” klinikası “Beauty Palace”ın fəaliyyət sahələrindən birini də tibbi kosmetoloqiya bölməsinin işi təşkil edir. Müasir metod və avadanlıqlarla çalışan ixtisaslı həkim-dermatoloqlar pasientlərə istənilən yaşda gözəl görünməyə kömək edərlər. Biorevitalizasiya və kontur plastikası, mezoterapiya, ultrasəs terapiyası, fotocavanlaşdırma, yüksək təsirə malik kosmotevtik preparatları özündə cəmləşdirən cavanlaşdırmanın kombinə edilmiş metodları. Bu bölmədə həkim göstərişi ilə yalnız yüksək keyfiyyətə malik preparatlar və az invaziv metodikalardan istifadə olunur.Yüksək təcrübəyə malik, sertifikatlı həkimlər bir çox problemlərdən azad olmaqda sizə kömək edərlər.

Beauty Palace Anti Age mərkəzinin digər xidmətləri

  • Fitnes- Mərkəzimizin həqiqətən də Anti Age mərkəzi adlandırılması üçün buraya haqlı olaraq fitnes zalı əlavə olunmuşdur. Bunun sayəsində elə müştərilərimiz var ki, bədən quruluşlarının korreksiyasını dərman preparatları və cərrahi yola baş vurmadan həyata keçirmək istəyirlər. Fitnes zalı Technogym trenajorları ilə təchiz olunub, məşğələləri ixtisaslı trener aparır,hansı ki, yalnız həkim-terapevtimizin dəqiq konsultasiya və diaqnozundan sonra sizə fərdi proqram seçir.
  • Su prosedurları-Mərkəzimizdə Duş Vişi, Duş Şarko, infraqırmızı sauna prosedurları qəbul edə bilərsiniz. Bu prosedurlar həm rahatladıcı, həm də fizioterapevtik xüsusiyyətə malikdirlər.Bundan başqa akvaaerobika məşğələlərində suda idman edərək əyləncəli vaxt keçirə bilərsiniz.Su prosedurları, hidromasaj, həmçinin SPA vasitəsilə sağlamlığın və görünüşün yaxşılaşdırılmasına yönləndirilmiş prosedur kompleksi dedikdə bu kosmetik prosedurlar kompleksi yolu ilə rahatlama və vücudunuza qayğı nəzərdə tutulur.
  • Spa-Spa texnologiyalar estetik effekt verən ayrı-ayrı prosedurlar yox, bütün hissiyyat orqanlarına təsir göstərən kompleks proqramlar hazırlayır: toxunma (müxtəlif masaj növləri), görmə (xromoterapiya), eşitmə (musiqi terapiyası), iy duyğusu (aromaterapiya), dad duyğusu (prosedurlardan əvvəl və sonra ot çayları).