Başkent Restoran və Şirniyyat Evi şəbəkəsi Bakı şəhərində 5 satış mərkəzi, 1 restoran, Gəncə şəhərində 1 restoran və Mingəçevir şəhərində isə 1 restoran ilə sakinlərin və şəhərə gələn qonaqların xidmətindədir. Adından da məlum olduğu kimi, un məmulatlarının satışı və restorançılıq Başkentin fəaliyyət sahəsinə aiddir. İstər Un Məmulatları mağazalarımızda istərsədə Restoranımızda siz çox təmiz və halal məhsullar əldə edib, istədiyiniz təamı sifariş verə bilərsiniz. Bir sözlə, ailənizin və sizin qida təhlükəsizliyinizə biz cavabdehik. Çünki Başkent Restoran və Şirniyyat Evi şəbəkəsi yalnız halal qidanın ünvanıdır.
Başkent Restoran və Şirniyyat Evinin xidmətləri
- Yalnız bizdə – arzu etdiyiniz menyünü sizə özəl tərzdə təqdim edirik.
- Satışda olan bütün qidalar yüksək keyfiyyətli məhsullardan hazırlanır və sizlərə təqdim edilir.
- Mağaza ve Restoranımızdakı personalımız gülərüz və disiplini ilə seçilir.
- Personalımız hər zaman müştərilərin haqlı mövqeyini müdafiə edir.
- Sifariş edilən yeməklər isti, içkilər isə soyuq şəkildə süfrənizə gətirilir.
- Qida məhsullarının saxlanıldığı yer gigiyenik və son dərəcə təmizdir.
- Başkent Restoran və Şirniyyat Evi şəbəkəsinə daxil olduğunuz ilk andan gülərüz personalımız sizi qarşılayır və istirahətiniz üçün bütün imkanları səfərbər edir.
- Müştərilərimiz istənilən vaxt mətbəxə daxil olub məhsulların hazırlanma şəraiti ilə fərdi şəkildə tanış ola bilərlər.
- Restoranlarımızda hər zaman yeniliyə önəm verilir və müyyən dekorativ dəyişikliklərin edilməsi prosesi müntəzəm olaraq aparılır.
- Başkent Restoran və Şirniyyat Evi şəbəkəsinin bütün məkanlarında pulsuz Wi-Fi zonası müştərilərimizin ixtiyarına verilmişdi