Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin - Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduqları yer üzrə qeydiyyatını, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri, həmçinin Azərbaycan vətəndaşlarının ümumvətəndaş pasportu ilə təmin olunmasını, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmə, vətəndaşlığa bərpa olunma və vətəndaşlığa xitam verilmə məsələləri ilə bağlı işləri həyata keçirən və Nazirliyin səlahiyyətləri çərçivəsində immiqrasiya məsələlərini tənzimləyən müstəqil struktur hissədir. İdarənin Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Göyçay, Bərdə, Şirvan və Quba şəhərlərində yerləşən regional şöbələrində Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsi həyata keçirilir.