Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkilini, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarətin, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə inzibati icraatın həyata keçirilməsini, səlahiyyətləri çərçivəsində yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların, texniki normaların işlənib hazırlanmasını, avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsini, onlara dövlət qeydiyyatı şəhadətnamələrinin və nömrə nişanlarının verilməsini, habelə yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanların qəbul edilməsini, nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsini təşkil edən, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotunu müəyyən edən və hesabatını aparan müstəqil struktur hissədir.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkili; DYP aparatlarının və hissələrinin fəaliyyətinə təşkilati – metodiki rəhbərliyin həyata keçirilməsi; Yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanmasında iştirak edilməsi; Hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarətin həyata keçirilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının iclasları üçün materialların hazırlanması, qəbul edilmiş qərarların yerinə yetirilməsi gedişinə səlahiyyətləri daxilində nəzarət edilməsi; Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin uçotunun aparılmasının təşkili; DYP hissələrinin texniki vasitələrlə təmin olunması, onların texniki cəhətdən saz saxlanılmasına nəzarət edilməsi;
Yol hərəkəti qaydalarının pozulması barədə inzibati xətalar üzrə icraatın təşkili, inzibati tənbehlərin düzgün tətbiq edilməsinin təşkili və bu işə nəzarətin həyata keçirilməsi; Yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması; DYP hissələrinə xidmətlə bağlı əməli köməklik göstərilməsi həvalə olunmuş vəzifələrin icrasına nəzarətin təmin edilməsi; DYP əməkdaşları barədə daxil olmuş müraciətlərə baxılması, şikayətlərə səbəb olan neqativ halların qarşısının alınması üçün tədbirlər görülməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı əsasında avtomobil yollarda yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasının təşkili; Nəqliyyat vasitələrinin axtarışı işinin təşkili və bu işdə digər xidmətlərlə qarşılıqlı əlaqələrin təmin edilməsi; Avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsinin, onlara dövlət nömrə nişanlarının verilməsinin, habelə yol hərəkəti qaydaları və sürücülük vəsiqələri üzrə imtahanların qəbul edilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin verilməsinin təşkil edilməsi;
Yol hərəkətinin təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılmasında iştirak edilməsi; Nəqliyyat vasitələrinin müayinə olunması, onların texniki layihə sənədləri barədə rəylərin verilməsi işinin təşkili; Büdcə və büdcədənkənar vəsaitlər hesabına yol hərəkəti təhlükəsizliyinin təmin olunması tədbirlərinin müəyyənləşdirilməsi; Yol nişanlarının və göstəricilərin quraşdırılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrinin aradan qaldırılması üçün hadisə yerində tətbiq olunan qəza-xilasetmə avadanlığının, habelə yol hərəkətinin təhlükəsizliyini təmin edən digər texniki vasitələrin və cihazların, yol hərəkətinin təhlükəsizliyinin tətbiqinə xidmət edən təşviqat vasitələrinin, xüsusi məhsulların (sürücülük vəsiqələrinin blanklarının, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, dövlət qeydiyyat nişanlarının və tanınma nişanlarının) sifarişinin və istehsalının təmin edilməsi.