Balenciaga ispan dizayneri Cristobal Balenciaga tərəfindən 1919-cu ildə əsası qoyulan Fransız moda evidir. O, konstruktiv standartların tərtibatçısı kimi böyük nüfuza sahib idi və Christian Dior tərəfindən “hamımızın ustası” adlandırıldı. Onun tərtib etdiyi dairəvi qabarıq yubkalar, qadınlar üçün, fərqli müasir formalar moda evinin ticarət markaları idi. Balenciaga moda evinin sahibi hal-hazırda Fransız beynəlxalq şirkəti Kering-dir. Alexander Vang Balenciaga-nın hazırkı kreativ direktorudur. Balenciaga yaşından asılı olmadan təcrübəli, zərif, fərdi və əmin şəkildə tərz seçimi edən bütün xanımlar üçündür.