Baldad” brendli şirniyyat məhsullarının istehsalı və satışı 2015-ci ilin fevral ayından etibarən başlamışdır. Məhsullarımız əsasən Azərbaycan şirniyyat və kulinariyasından ibarətdir. Həmçinin, xeyli çeşiddə Şərq və Avropa şirniyyatlarına da yer verilmişdir. İdarəetmədə və istehsal prosesində işçi personalımız çox yüksək kvalifikasıyalı seçilmiş mütəxəssislərdən ibarətdir. Məhsulların hazırlanmasında yüksək keyfiyyətli Azərbaycan, Türkiyə, İtaliya, Belçika istehsalı olan və yalnız sertifikatlı xammaldan (yağlar, unlar, şokoladlar, çərəzlər və digər qatqılar) istifadə edilir. Məhsulların hazırlanması üçün isehsal sahəsində ən son model avadanlıqlar quraşdırılmış, sanitar-gigiyena, təmizlik və dad kriteriyalarına daim nəzarət edilir. Hörmətli alıcılarımız bizim məhsullarımızı Bakı şəhərində yerləşən mağazalarımızdan almaqla yanaşı - toy, nişan, ad günü, müxtəlif bayramlar və digər tədbirlər üçün istənilən tərkibdə, çəkidə, ölçüdə və dizaynda tortlar və başqa şirniyyat məhsullarının hazırlanmasını sifariş edə bilərlər. Alınmış yaxud sifariş edilmiş malların istənilən ünvana, istənilən vaxtda çatdırılması da həmçinin sifariş edilə bilər. Tərəfimizdən yaxın gələcəkdə idarəetmədə, keyfiyyətdə və yeyinti məhsullarının təhlükəsizliyi sahəsində müxtəlif Beynəlxalq statuslu sertifikatlara layiq olmaq nəzərdə tutulmuşdur. Məqsədimiz – yaxın gələcəkdə “Keyfiyyətdə, dadda və yüksək səviyyəli xidmətdə lider” olmaqdır. Biz daima çeşidlərimizin yenilənməsi və artırılması ilə dəyərli müştərilərimizin xoş rifahını daha da yüksəltmək arzusundayıq.