Bakı Avrasiya Universiteti o zaman qüvvədə olan Təhsil Qanununa əsasən ali təhsil müəssisəsi olaraq Ali Diplomatiya Kolleci (ADK) adı ilə 30 aprel 1992-ci ildə f.e.d. prof. Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilmişdir.Ali Diplomatiya Kollecinin yaradılmasının əsas məqsədi çoxpilləli tədris prosesində xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnməklə respublikanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında ,digər təmsiledici strukturlarında və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən mütəxəssislər,Qərb və Şərq dövlətləri üzrə diplomatlar,beynəlxalq əlaqələr zamanı fəaliyyət göstərən sinxron tərcüməçilər,jurnalist və hüquqşünaslar hazırlamaq ,eləcə də diplomatik səviyyədə fəaliyyət göstərən kadrları təkmilləşdirməkvə müvafiq sahələr üzrə elmi-tədqiqat işləri aparmaq idi.
Təhsil müəssisəsi DAEK-in 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.Həmin qərara əsasən Ali Diplomatiya Kollecinə Diplomatiya ,Beynəlxalq hüquq,Beynəlxalq jurnalistika, Sinxron tərcümə,Beynəlxalq iqtisasdi münasibətlər və diplomatiya ixtisasları üzrə kadrlar hazırlamaq hüququ verildi və tələbə , qəbuunun test üsulu ilə Tələbə qəbulu üzrə dövlət Komissiyasının nəzarəti altında keçirilməsi tövsiyyə edildi.
2005-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Ali Diplomatiya Kollecinin təhsilin dövlət standartları və milli təhsil konsepsiyası ilə üzvi və orijinal surətdə vəhdət təşkil edən tədris və kadr hazırlığı təcrübəsinə,geniş və səmərəli beynəlxalq əlaqələr şəbəkəsinə, tədris prosesini təmin etməyə qadir tədris-metodik təminat,müasir maddi-texniki baza və qabaqcıl elmi-pedaqoji kadr potensialına malik olduğunu , məzunlarının respublikadaxili və beynəlxalq əmək bazarında layiqincə təmsil olunduğunu, eyni zamanda Təhsil Nazirliyi tərəfindən aparılan monitorinqlərdə yüksək iş keyfiyyətinin bir daha müşahidə olunduğunu nəzərə alaraq adının dəyişdirilərək Bakı Diplomatiya Universiteti adlandırılması ilə bağlı Azərbaycan hökumətinə müraciət etmişdir.Bu müraciət əsasında Azərbaycan hökümətinin qərarı ilə 2005-ci il 30 iyun tarixdən Baki Diplomatiya Universiteti, 26 may 2006-cı il tarixdən Bakı Avrasiya Universiteti adi altında dövlət qeydiyyatından keçmişdir.Hal-hazırda Bakı Avrasiya Universiteti kimi fəaliyyət göstərir.
Bir sıra istiqamət və ixtisaslar üzrə respublikamızda ilk dəfə olaraq kadr hazırlığının aparılması məhz Ali Diplomatiya Kollecinin adı ilə bağlı olmuşdur.Bu sırada beynəlxalq münasibətlər istiqamətinin beynəlxalq münasibətlər,beynəlxalq hüquq,beynəlxalq jurnalistika,beynəlxalq iqtisadi münasibətlər ,sinxron tərcümə (ingilis,alman,fransız,ərəb,fars,türk),regionşünaslıq (ABŞ və Kanada;Avropa ölkələri,Yaxın və Orta Şərq ölkələri,Uzaq Şərq ölkələri) və s. qeyd etmək olar.Bu o zamanlar idi ki, SSRİ dağıldıqdan sonra təzəcə müstəqillik qazanmış Azərbaycan Respublikasının beynəlxalq təşkilatarda təmsil olunması, dünya dövlətləri ilə iqtisadi, siyasi, mədəni əlaqələrinin sürətlə qurulması zərurəti yaranmışdı və bu şəraitdə, diplomatik və beynəlxalq münasibətlər sahəsində kadrlara kəskin ehtiyac var idi.
Bakı Avrasiya Universitetində tədris prosesi varislik, sistemlilik , vəhdətlilik, professionallıq , millilik , xarici dillərin üstünlüyü , ümumidən xüsusiyə yüksəlmə , sosiallaşma prinsipləri əsasında təşkil edilir və həyata keçirilir.Hal-hazırda 2 fakültədə bakalavr pilləsində 22 , magistr pilləsində 8 ixtisas üzrə kadr hazılığı aparılır.Universitetdə bakalavr pilləsində tələbə, magistr pilləsində magistrant təhsil alır.İxtisaslardan asılı olaraq 1,2, hətta bəzi hallarda tələbələrin istəyinə uyğun olaraq 3 xarici dil tədris olunur.Fənlərin tədrisi 4 ixtisas kafedrası tərəfindən həyata keçirilir:Beynəlxalq münasibətlər və regionşünaslıq;Tərcümə;Filologiya və jurnalistika;Roman-german filologiyası.