Keçmiş «İdman» dövlət müəssisəsinin bazasında yaradılmış SC yüngül sənaye məhsullarının, o cümlədən: trikotaj, tekstil, corablar, yataq dəstləri, yorğanlar və s. istehsalı üzrə ixtisaslaşıb.Müəssisənin sexləri:
- Tikiş sexi – trikotaj və tekstil məmulatların tikilməsi üzrə (fufayka/kalson, futbolka/tuman, mayka və hərbi qulluqçular üçün digər kamuflyaj məmulatları (kostyumlar, gödəkçələr, masxalatlar və s.), eləcə də yataq dəstləri (döşəkağları, yorğan üzləri, yastıq üzləri), məktəb forması, vafli dəsmalları.
- Əyiricilik sexi – trikotaj və toxuculuq istehsalı üçün iplik buraxılışı.
- Toxuculuq sexi – tekstil parça buraxılışı (bez, vafli parça, yarımyun yorğanlar, parça-dioqanal və s.).
- Corab sexi – corab məmulatlarının istehsalı üçün.
- Boyaq-bəzək sexi – tirkotaj və tekstil parçaların boyanması və ağardılması həyata keçirilir. Bütün məhsullar 100% pambıqdandır. Maraqlı şəxsləri dəvət edirik və müəssisənin yuxarıda salanan imkanlarına uyğun olaraq sifarişlərin yerinə yetirilməsi üzrə xidmətlər təklif edirik.