Baku Steel Casting xəritədə

Baku Steel Casting

Bakı, Binəqədi rayonu, Binəqədi şossesi, 53 АZ1053 *** 1 səs

Baku Steel Casting haqqında

1969-cu ildən fəaliyyətə başlayan “BAKU STEEL CONSTRUCTION” ASC yarandığı vaxtdan Zaqafqaziyada formalı tökmələr istehsalı üzrə yeganə zavoddur.Əsasən yüksək təzyiq altında işləyən neft maşın qayırma avadanlıqlarının və sənayenin digər sahələrində istifadə olunan texnoloji mexanizmlərinin tökmə hissələrinin istehsalı üzrə ixtisaslaşıb.Hazırda müəssisə QOST 977 və standartın tələblərinə uyğun olaraq, müxtəlif markalı poladlardan çəkisi 5 kq-dan -5000 kq. -dək və mürəkkəblik dərəcəsi I-IV hədlərində olan müxtəlif konfuqrasiyalı polad tökmələri istehsal edir.Eyni zamanda, çuqundan bədii tərtibatlı tökmələrin istehsalı mənimsənilmişdir.Bu cür tökmələr parklarda, tarixi məkanlarda elektrik dirəklərinin naxışlı hissələrində istifadə olunur.Milli koloritin olmaslına önəm verilir.

BSC-nin istehsalat sahəsi

BSC ASC-nin istehsalat sahəsi iki əsas sexdən:elektrik poladəritmə və fasonlu tökmə sexlərindən ibarətdir. Elektrik poladəritmə sexi şixtə,əritmə,odadavamlı materiallar, poladın kimyəvi tərkibinin təmizlənməsi,fasiləsiz pəstah tökmə,pəstahların emalı kimi sahələrə bölünür. Polad pəstahlar iki şırnaqlı fasiləsiz pəstah tökmə maşınında sifarişə uyğun olaraq – 80x80, 100x100, 120x120, 140x140 mm ölçülərində istehsal edilir.Fasonlu tökmə sexi model düzəltmə,qəlibləmə,təmizləmə və termiki emal sahələrindən ibarətdir.

Hazırda müəssisə QOST 977-88 standartının tələblərinə uyğun olaraq, müxtəlif markalı poladlardan çəkisi 5 kq-dan 500 kq-dək və mürəkkəblik dərəcəsi I-IV hədlərində müxtəlif konfiqurasiyalı polad tökmələri istehsal edir. Bu sexdə sifarişə uyğun olaraq legirli və yüksək legirli fasonlu tökmələr buraxılır. Eyni zamanda, müəssisədə çuqundan bədii tərtibatlı tökmələrin istehsalı mənimsənilmişdir. Bu cür tökmələr parklarda, tarixi məkanlarda, elektrik dirəklərinin bəzəkli hissələrində istifadə olunur. Belə tökmələrin istehsalı zamanı milli naxış və milli koloritin olmasına önəm verilir.

Şirkətin fəaliyyəti

Şirkətin istehsal gücü ildə 100 min tondur.Polad məhsullarına daxili və xarici tələbatın artdığı bir vaxtda BSC ASC-də də böyük və perespektivli yenidənqurma işlərinə başlanmışdır.Qurulmaqda olan yeni ve modern layihələr yaxın gələcəkdə şirkətin nominal istehsal gücünü 250 min tona çatdıracaqdır.Şübhəsiz ki,bu Azərbaycan dövlətinin qarşıya qoyduğu ən ümdə məsələnin – yeni iş yerlərinin açılmasında mühüm addım olacaqdır.Hazırda müəssisədə 800 nəfərə qədər işçi çalışır.Yaxın vaxtlarda zavodda işçilərinin sayı daha 120 nəfərə qədər artırılacaqdır.

Şirkət məhsulların keyfiyyət göstəricilərini daim nəzarətdə saxlayır.Məhsulların standartlara uyğunluğunu təmin etmək üçün Almaniya istehsalı olan avadanlıqlar quraşdırılmış keyfiyyətə nəzarət sistemi yaradılmışdır. Mütəmadi olaraq pəstahların en kəsiklərindən numunələr götürülür,pardaqlama və aşılama əməliyyatlarından sonra onların üzərində fiziki-kimyəvi analiz aparılır.Bununla da pəstahların kristallaşma proseslərində və mikroquruluşunda baş verə biləcək qüsurlara ciddi nəzarət olunur.

BSC ASC-nin yüksək keyfiyyətli məhsulları AZS və SCS sertifikatlarına layiq görülmüşdür. Müəssisədə istehsalın təhlili və tənzimlənməsi məqsədilə statistic bazanın yaradılması və sahələrin kompyuterləşməsi prosesi uğurla davam etdirilməkdədir.BSC ASC-nin yaxın perspektivdə beynəlxalq standartlara cavab verə biləcək bir metallurgiya müəssisəsinə çevrilməsi üçün geniş tədbirlər planı hazırlanmış və layihə uğurla həyata keçirilməkdədir.

Istehsal haqqında

Texnoloji əməliyyatlar şixtə hazırlığından və onun tərtib edilməsindən başlanır. Sobaya verilən şixtə əridilərək yüksək temperaturda çalova tökülür. Çalovda “sakitləşdirilən” maye metal tərkibi tənzimlənmiş vəziyyətdə fasiləsiz tökmə maşınına verilir. Burada maye polad üçgözlü aralıq çalov vasitəsilə kristallaşdırıcı axarlarda en kəsiyi kvadrat olan pəstahlara çevrilir.