Bakı Dövlət Sirki xəritədə

Bakı Dövlət Sirki

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 102 AZ1014 *** 2 səs

Bakı Dövlət Sirki haqqında

1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk truppası yaradılmışdır. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə estrada və balet artistlərinin çıxışları salınmışdı. Ənvər Quliyev, «Ulduz bacıları», kəndirbaz Əlixan və digər artistlərin nömrələrin çıxışlarından ibarət olan truppa fəaliyyəti dövründə «Zirvədən işıq» adlı proqramla keçmiş Sovet İttifaqının ərazisində və Afrika, Asiya, Amerika və Avropada daimi qastrollarda olmuşdur.1967-ci ildə Bakı Dövlət Sirkinin (BDS) memarı E.İsmayılov və F.Leontyev olan hazırkı binası istifadəyə verilmişdir.Hal-hazırda Bakı Dövlət Sirki (BDS) dünyanın ən tanınmış sirklərindən biridir. Onun səhnəsində yerli sirk ustaları ilə yanaşı, tanınmış xarici sirk truppaları da uğurla çıxış edirlər.