Bakı Slavyan Universiteti xəritədə

Bakı Slavyan Universiteti

Bakı, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 25 AZ1000 *** 3 səs

Bakı Slavyan Universiteti haqqında

Bakı Slavyan Universiteti və ya qısaca BSU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Universitetin Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, azərbaycanşünaslığın inkişafı, ölkənin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri vardır.Bakı Slavyan Universiteti Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına APRDƏİ-nin bazasında yaradılmış dövlət təhsil müəssisəsidir. BSU-da 7 fakültə, magistratura və qiyabi təhsil şöbələri, məktəb-lisey kompleksi fəaliyyət göstərir.

Bakı Slavyan Universitetinin strukturu

Bakı Slavyan Universitetində 34 kafedra tədris və elmi-tədqiqat işi aparır. Universitetin professor-müəllim heyətinə 50-yə qədər elmlər doktoru, professor, 200 fəlsəfə doktoru, dosent və 200-dən yuxarı baş müəllim və müəllim daxildir. Bakı Slavyan Universiteti təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. Burada slavyan dilləri və ədəbiyyatları üzrə tədqiqatlar həyata keçirilir, təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün unikal sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır.

Universitetin tarixi

BSU-nun tarixi 1946-cı ildən başlayır. Həmin ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 15 may tarixli qərarı əsasında M.F.Axundov adına ikiillik Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində instituta 108 tələbə qəbul olundu, ştat cədvəli üzrə institutda 28 əməkdaş işləyirdi. 1948-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı oldu.1994-cü ildə beynəlxalq standartlara uyğun olaraq, institut bakalavr hazırlığı üzrə dördillik tədris planına keçdi, 1997-ci ildən isə magistratura pilləsində kadr hazırlığına başladı.

Universitetin fəaliyyəti

Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun bazası genişləndirilməklə Bakı Slavyan Universiteti yaradıldı. Bundan sonra BSU Şərq bölgəsində nadir ixtisaslar üzrə peşəkar kadr hazırlığını həyata keçirən ali məktəbə çevrildi.Elə həmin il Kamal Abdulla Respublika Prezidentinin Fərmanı ilə BSU-nun rektoru təyin edildi.[16] Onun rəhbərliyi altında bu təhsil ocağında geniş islahatlar proqramı hazırlanıb həyata keçirildi, universitetin tədris, təlim-tərbiyə, maddi-texniki bazası tamamilə yeniləşdirildi, BSU respublikanın qabaqcıl tədris müəssisələrindən birinə çevrildi. 17 mart 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Asif Hacıyev Bakı Slavyan Universitetinin rektoru təyin edildi.[3