Xoşbəxt və sağlam yaşamaq hamımızın haqqıdır. Elə buna görə də sağlamlığımıza fikir verməliyik. Ən azı ildə bir dəfə ümumi müayinədən keçməyimiz vacibdir. Bu mənada, Avropa standartlarına uyğun, bütün ambulator xidmətlərin təqdim olunduğu Baki Klinikası hər zaman sizə yüksək səviyyəli xidmət göstərməyə hazırdır.Azərbaycanın tibb aləminə yenilik gətirən və 1999-cu ilin may ayından ölkə sakinlərinin xidmətində duran bu tibb mərkəzi ən qabaqcıl ölkələrin tibbi avadanlıqları ilə təchiz olunmuşdur.
Mərkəzdə yüksək səviyyəli peşəkar mütəxəssislər tərəfindən bütün növ xəstəliklərin müalicə və müayinəsi aparılır. Xalqın etibarını qazanmış Klinika əhaliyə geniş spektrda tibbi xidmət göstərir. Mərkəzin laboratoriyasında Azərbaycanda analoqu olmayan tam avtomatlaşdırılmış robot analizatorları ilə 300-dən artıq müxtəlif növ analizlər aparılır. Beləki, Baki Klinikası laboratoriyasında insan müdaxiləsi olmadan mində bir dəqiqliklə 1 saat ərzində nəticə əldə etmək olur. Laborator analizlərlə yanaşı mərkəzdə digər diaqnostik xidmətlər də göstərilir.
Bu xidmətlər sırasına kompüter tomoqrafiya (KT), Rentgenoqrafiya, mamoqrafiya, ultrasəs müayinələri, endoskopik, kardioloji və s. müayinələr daxildir. Klinikamızda həmçinin kosmetoloji bölmə də yer almışdır. Azərbaycanda yalnız BK-də olan diodlu lazer epilyasiya aparatı, əməliyyatsız və ağrısız arıqlama, dəri liftinqi, cavanlaşdırma aparatları və massaj vasitələri ilə həmişə gənc qalacaq, gözəl görünəcəksiniz. Gülərüz personalımız, eləcə də həkim-məsləhətçilərimiz Sizə düzgün istiqamət verəcək. Baki Klinikası aparılan müayinələrin məxfiliyinə tam təminat verir.
Klinika son dərəcə müasir, son dərəcə dəqiq və son dərəcə təkmilləşdirilmiş bir tibb mərkəzidir. Mərkəzdə dünyanın ən qabaqcıl firmalarının dünya standartlarına uyğun cihaz və reaktivləri istifadə olunmaqla və yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə əhaliyə tam çeşiddə tibbi xidmət göstərilir. Mərkəzimizdə yüksək ixtisaslı peşəkar həkimlər və müasir tibbi avadanlıqlarla təchiz edilmiş müalicə kabinetləri fəaliyyət göstərir. Təcrübəli həkimlərimiz sizə kömək etməyə həmişə hazırdırlar. Bütün fəaliyyət dövrü ərzində BK kadr potensialına fikir vermiş, fəaliyyətə başladığı ilk günlərdə məşhur xarici partnyorlarla iş birliyi qurmuşdur.
Klinikamız daimi olaraq fəaliyyət dairəsini genişləndirərək, dünya tibb aləmində baş verən yeniliklərlə maraqlanır, dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə iştirak edir və bütün yenilikləri burada tətbiq edir.Müəssisədə pasientlərin tam rahatlığını təmin etmək üçün hər bir şərait nəzərə alınmışdır. Beləki, müəssisənin 7-ci mərtəbəsində istirahət guşəsi, habelə kafe, 1-ci mərtəbə də isə daxili Aptek fəaliyət göstərir ki, bu da Klinikaya müraciət edən xəstələrə həkimlərimiz tərəfindən təyin olunmuş dərmanları zəngin Aptekimizdən birbaşa əldə etmə imkanını yaradır.
BMC-nin bütün sanitar normalara cavab verən laboratoriyasında müasir müayinə avadanlıqları quraşdırılıb. Xüsusi təlim kursları keçmiş mütəxəssislərin işlədiyi bu laboratoriyada görülən işin keyfiyyətinə tam təminat verilir. Gigiyenik şəraitinə ciddi nəzarət yetirilən laboratoriyada istifadə edilən bütün analizatorlar, reaktivlər, tibbi ləvazimatlar və s. inkişaf etmiş ölkələrdə sifariş edilir, Səhiyyə Nazirliyi və Standartlaşma, Metrologiya və Patent Agentliyi, eləcə də İqtisadi İnkişaf Nazirliyi tərəfindən təsdiqləndikdən sonra istifadəyə verilir. Laboratoriyada kompüterləşmiş analizatorlar vasitəsilə klinik, biokimyəvi, hormonal, immunoloji, infeksion və s. müayinələr keçirilir.
Diaqnostika mərkəzində inkişaf etmiş ölkələrdən sifariş olunan tibbi avadnlıqlar quraşdırılıb. İnsanlara lazım olan diaqnostikanın bütün sahələri burada əhatə olunur. Ultrasəs müayinə, rəngli doppleroqrafiya, rentgen müayinəsi, kompüter tomoqrafiyası, EKQ və EXO kardioqrafiya, EEQ və REQ və s. insanın saqlamlığı haqqında ətraflı məlumat verən müayinələr aparılır. Klinikada Avropa standartlarına tam cavab verən avadanlıqlarla mütəxəssilərin təyin etdiyi dəqiq diaqnozların nəticəsi effektli müalicəyə imkan verir.
Klinikanın Poliklinika şöbəsində terapevtik, kardioloji, nevroloji, oftalmoloji, mama-ginekoloji, stomatoloji, və s. ambulator-poliklinik xidmət göstərilir, fizioteropiya, elektrokardioqramma otaqları fəaliyyət göstərir.