Baku Media Center haqqında
Bakı Media Mərkəzi media sahəsində Azərbaycanın yeni və innovativ bir şirkətidir. Bir sıra beynəlxalq tədbirlərdə iş təcrübəsi qazanmış şirkət, audiovizual prodakşn sahəsində geniş təkliflər spektoru təqdim edir.
“Bakı Media Mərkəzi” kommersiya layihələrini reallaşdırmaqla yanaşı, dövlət strukturlarına da xidmət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inaqurasiya mərasiminin çəkilişinin təşkili, Bakıda keçirilmiş “Eurovision 2012” beynəlxalq mahnı müsabiqəsinin video-çarxlarının və anonslarının çəkilişi, eləcə də montajı şirkətin son işlərindəndir. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi də şirkətimizin müştəriləri sırasına daxildir.
Xidmətlər
Biznes və dövlət orqanları üçün reklam produksiyalarının hazırlanması
Media layihələrinin hazırlanması və reallaşdırılması
Hazırlanmış reklam produksiyalarının televiziya və radioda yerləşdirilməsi
Müxtəlif tədbirlərə (kiçikhəcmli və irihəcimli) sərgi, forum, konsertlərə və s. kompleks hazırlıq və təşkilat işləri
Qısametrajlı və tammetrajlı bədii və sənədli filmlərin, animasiya və promo-çarxların prodakşını
Telefilmlərin, teleserialların və reportajların istehsalı
Video, musiqi kliplərinin və audio-çarxların istehsalı və çəkilişi
Televiziya və radioyayım layihələrinə inteqrasiya sistemi
IPTV şəbəkələri üçün kontentin hazırlanması
Xətti və qeyri-xətti videomontaj
Vizual effektlər
BTL-aksiyalar və PR-kampaniyalar
Təqdimatların hazırlanması
Kino, televiziya və reklam produksiyalarının hazırlanmasına inzibati və hüquqi dəstək
Çəkiliş məkanlarının (pavilyonlar, lokasiyalar) seçilməsi və kirayəsi
Texniki heyətin seçilməsi
Çəkiliş qrupu üçün yerli və xarici mütəxəssislərin seçilməsi
Çəkiliş prosesinin texniki təminatı