BLBS-in ümumi ingilis dili kursları tələbələri gündəlik həyatda istifadə üçün lazım olan əsaslı qramatika və söz ehtiyyatı ilə təmin edir. Tədris proqramı tələbələrin dil bacarıqlarını – səlis danışıq, dinləmə, oxuma, yazı və qrammatikanı effektiv şəkildə inkişaf etdirməyə yardım edir. Məqsədimiz tələbələrin qrammatika biliklərini və söz ehtiyatını genişləndirərək, yazı və danışıq qabiliyyətlərini inkişaf etdirməkdir. Müəllimlər ən yeni tədris vəsaitlərindən istifadə edərək dərsləri qrammatik oyunlar, rol oyunları, imla, hekayə müzakirələri şəklində aparırlar. Dərslərimiz 1,5 saat olmaqla həftədə 3 dəfə keçirilir. 1 tədris ayına: 18 saat dərs, həftəlik 3 saat müzakirə klubu daxildir. Tələbə proqram çərçivəsində 2 dəfə- yazılı və şifahi olmaqla “mid-term” və “end of course” testlərindən keçir. Müvafiq nətiəcəni əldə edən tələbələr növbəti səviyyə dərslərinə başlayır.
BLBS-in rus dili kursları tələbələri gündəlik həyatda istifadə üçün lazım olan əsaslı qrammatika və söz ehtiyyatı ilə təmin edir. Tədris proqramımız tələbələrin rus dili ilə bağlı mövcud passiv bazasını aktivləşdirərək səlis danışıq, dinləmək, oxumaq, yazı və qrammatikanı effektiv şəkildə inkişaf etməyə yardım edir. Kurslara başlamaq istəyənlər həm yazılı həm şifahi səviyyə testindən keçməlidir. Tədris proqramımız Moskva və Sankt-Peterburq şəhərlərinin universitetlərindən alınmış, əsası danışığın inkişafı üzərində qurulmuş xüsusi proqramlardır. Dərslərdə qrammatik oyunlar, rol oyunları, imla, hekayə danışmaq, film müzakirələri kimi müxtəlif təlim metodlarından da istifadə olunur. Kurs ərzində tələbə hər ay şifahi, 2 aydan bir isə yazılı imtahandan keçir. Dərslərimiz 1,5 saat olmaqla həftədə 3 dəfə keçirilir. 1 tədris ayına 18 saat dərs daxildir. Qeyd edək ki, mütəxəssislərimizin 15 ildən artıq bu sahə üzrə pedaqoji təcrübəsi var.
Baku Languages and Business School dünyada istifadəsinə görə ən prioritet dillərdən sayılan alman dili üzrə kursları fərdi və qrup şəklində təşkil edir.Tədris proqramımız tələbələrin dil bacarıqlarını – səlis danışıq, dinləmək, oxumaq, yazı və qrammatikanı effektiv şəkildə inkişaf etməyə yardım edir.Kurslara başlamaq istəyənlər səviyyə testindən keçməlidir. Test ödənişsizdir və testin nəticəsindən asılı olaraq müraciət etmiş şəxslər qruplarda yerləşdirilir.Qrup şəklində II və V günlər, fərdi şəkildə digər günlər üçün qeydiyyatdan keçə bilərsiniz. Dərslərimiz 1,5 saat olmaqla həftədə 2 dəfə keçirilir. 1 tədris ayına: 12 saat dərs daxildir.Hər səviyyəni bitirdikdə, imtahan verib minimum 70% uğurlu nəticə göstərərək sertifikat əldə edə bilərsiniz.Qeyd edək ki, mütəxəssislərimizin 3 ildən artıq bu sahə üzrə pedaqoji təcrübəsi var.