Bakı Humanitar Kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir.Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır.
İxtisaslar
- Texnologiya müəllimliyi;
- Musiqi müəllimliyi;
- Təsviri incəsənət müəllimliyi;
- İbtidai sinif müəllimliyi;
- Ailə və ev təhsili;
- Məktəbəqədər təlim və tərbiyə;
- Kitabxana-informasiya təminatı;
- Muzey işi və abidələrin mühafizəsi;
- İnstrumental ifaçılıq (alətlər üzrə);
- Xanəndəlik;
- Musiqi nəzəriyyəsi;
- Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə);
- Dekorativ tətbiqi incəsənət və xalq sənəti;
- Bədii yaradıcılıq işi;
- Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi.