Bizim şirkətimiz 2005-ci ildə təsis olunub və hal hazırda Azərbaycanın şüşə istehsalı sənayesində özünə məxsus yer tutur. Müəssisədə standartlara cavab verən şüşə məmulatlarının hazırlanması ücün müasir, yüksək texnoloji üstünlüklərə malik yeni avadanlıqlar quraşdırılmışdır.Zavod konserv məhsulları, şirə və spirtli içkilər üçün şüşə qablar istehsal edir.Təcrübəli rəssam-dizaynerlər istehlakcının zövqünə uyğun istənilən şüşə qabın eskizini işləyib hazırlaya bilirlər. Eskizə uyğun qəliblər xarıcı ölkələrdə şifariş olunur və hazırlanır.Istehsal olunan şüşə qablara müasir texnologiya üsulu tətbiq edildiyindən onlar yüksək keyfiyyətə malikdirlər və başga ölkələrdə hazırlanan qablarla rəqabət apara bilir.
Zavodun avadanlıqları zamanla ayaqlaşır və həmişə yeni texnologiyalarla yenilənir.Müəssisəmizdə 200 nəfər yüksək ixtisaslı mütəxəssislər çalışır. Şüşə qabların istehsalı ilə yanaşı həmin qabların dekorasiyası və satinasiyası da olunur. Hazır məhsul müasir avadanlıqlarla təchiz edilmiş labaratoriyada yoxlanıldıqdan sonra istehlakcıya catdırılır.Bizim şirkətin məhsulları nəinki Azərbaycanda, eyni zamanda Azərbaycanin kənar məhdudlarında da öz şöhratini qazanaraq istifadə edilir.Şirkət Azərbaycanın daxili və xarici sənaye bazarlarında spirtli içki, liker və şirə kimi boş şüşə taralarının satışı ilə lider olan “Bakı Şərəb 1”, “Bakı Şərəb 2”, “Gəncə Şərab 2”, “Alko Ltd”, “Miri Qrand”, “Niko-S”, “Şərq-İ Co”, “Az-Qranat” və digər şirkətlərlə əməkdaşliq edir.Hal hazirda məhsullarımızın idxalı ilə əlagədar xarici şirkətləri danışıqlar aparılır.