Bakı Tara Qablaşdırma Zavodu xəritədə

Bakı Tara Qablaşdırma Zavodu

Bakı, Bakıxanov qəsəbəsi, Sabunçu rayonu, 2575 AZ1156 *** 1 səs

Bakı Tara Qablaşdırma Zavodu haqqında

"NJT" şirkətlər qrupu, regionun plastik sənayesi lideri dinamik inkişaf edən müəssisədir. Biz yüksək texnoloji məhsullar istehsal etməklə müştəriləmizin ən iddialı layihələrinin həyata keçirilməsinə kömək edirik. Yüksək keyfiyyət, balanslaşdırılmış qiymət siyasəti və işçi heyətin peşəkarlığı – bunlar uğurumuzu şərtləndirən postulatdır. Effektiv həllərdən istifadə edərək və ən yaxşı peşəkarları cəlb edərək qarşıya qoyulmuş məqsədə hər zaman nail olmaq – «NJT» şirkətlər qrupunu fərqləndirən və tərəfdaşlarımız tərəfindən yüksək qiymətləndirilən cəhət budur."NJT" bu gün – qabaqcıl plastik məhsulların buraxılışı üzrə bir neçə müəssisənin vahid şəbəkəsidir: "NJT 2000" (plastik borular, qapı və pəncərə profilləri); "BAKPEK" (inşaat); "ВМI" (biyan emalı zavodu); "Kleiberit- Azerbaijan" (hər növ yapışqanlar); "KLEBCHEMI M.G. BECKER GmbH" alman şirkətlərinin eksklüziv nümayəndəsi); "R-PLAST TURKEY" (xammal və avadanlıq təchizatçısı);

"NJT" şirkətlər qrupunun fəaliyyət istiqamətləri

  • PVX, PE və PPRC əsaslı plastik boruların onların fason hissələrinin istehsalı və təchizatı;
  • PVX əsaslı üzlük plastik panellərin və onların fason hissələrinin istehsalı və təchizatı;
  • Müxtəlif polimerlər əsasında istehlakçı tarasının və digər məişət məhsullarının istehsalı və təchizatı;
  • PVX və alüminium əsaslı qapı və pəncərələrin və onların əlavə hissələrinin istehsalı və quraşdırılması;
  • Xarici kimya, neft-kimya və poladtökmə sənayesinin məhsullarının təchizatı və satışının həyata keçirilməsi.

Müəssisələrimiz Bakı şəhərinin və xarici nümayəndəliklərinin anbarlarından dünyanın istənilən nöqtəsinə istənilən mürəkkəblikdə və komplektlilikdə yük daşımaları ilə məşğul olurlar. Qarşılıqlı faydalı əməkdaşlığa məmnun olarıq.