“Bakı Konsaltinq” MMC hüquqi və fiziki şəxslərə bütün növ hüquq xidmətləri göstərən konsaltinq şirkətdir. Şirkətimiz 2008-ci ildə təsis edilmişdir və yerli və xarici bizneslə iş sahəsində əhəmiyyətli təcrübəyə malik olan hüquqşünaslardan, habelə mühasib və vergi mütəxəssislərindən ibarət güclü komandaya malikdir.
Bizi digərlərindən aşağıdakılar fərqləndirir :
- Peşəkarlıq. Biz təcrübəliyik. Bizim hüquqşünaslar 10 ildən artıq hüquqi iş təcrübəsinə malikdirlər və bu təcrübənin əhəmiyyətli hissəsi xarici şirkətlərdə əldə edilmişdir. Bundan əlavə, hüquqşünaslarımız Azərbaycanın və ABŞ-ın nüfuzlu hüquq məktəblərində təhsil almışlar. Təcrübəmiz bizə imkan verir ki, xidmətlərimizi müştərinin məmnun qalacağı yetkin və peşəkar səviyyədə göstərək.
- Hamı üçün əlçatan keyfiyyətli hüquq xidməti. Biz hesab edirik ki, keyfiyyətli hüquq xidməti təkcə böyük şirkətlərin imtiyazı olmamalıdır. Hər bir şirkət, sahibkar və ya fərd yüksək səviyyəli hüquq xidmətlərini əlçatan xidmət haqqı müqabilində əldə etmək imkanına malik olmalıdır. Bu missiya ilə yola çıxan firmamız xidmət haqqı dərəcələrini mümkün qədər aşağı səviyyədə tutmaqda qərarlıdır. Bizimlə siz keyfiyyətdə heç nə itirmədən hüquq xərclərinə real qənaət edə bilərsiniz.
- Dürüstlük. Biz dəyərlərə əhəmiyyət verən hüquq firmasıyıq. Biz qeyri-real vədlər vermirik və dəyərlərimizə uyğun olmayan işlərə girmirik.
- Effektivlik. Bizim bütün fəaliyyətimiz müştəriyə qısa zamanda maksimum nəticə vermək məqsədinə köklənmişdir. Biz yaşadığımız ölkənin şərtlərindən xəbərdarıq və hər hansı problemin müştərinin maraqları baxımından ən yaxşı həllini seçə bilərik.
- Konfidensiallıq. Müştərinin sirri bizim sirrimizdir. Biz gördüyümüz işlərin konfidensiallığına zəmanət veririk.