Baku Construction Equipment xəritədə

Baku Construction Equipment

Bakı, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 133 AZ1009 *** 1 səs

Baku Construction Equipment haqqında

“Baku Construction Equipment” MMC 26 İyul 2013 tarixində Azərbaycan Respublikası ədliyyə nazirliyində dövlət qeydiyyatından keçmişdir. Şirkətin əsas fəaliyyəti ixtisaslaşmış inşaat texnikasının əldə edilməsi və həmin texnikanın müxtəlif sahələr üçün müştərilərə sazişlə müəyyən edilən vaxt müddətində icarəyə verilməsidir. Şirkətimizin əsas məqsədlərindən biri gələcəkdə bizə müraciət edən müştərilərimizin inşaat proseslərinin sürətləndirilməsidir. Məhz bu səbəbdən də biz daha sürətli, yüksək texniki xarakteristikalara malik eksklyüziv, yeni və müasir inşaat texnikası əldə edirik və bununlada biz müştərilərimizin tələblərini keyfiyyət və zəmanətlə təmin edirik. Beləliklə, inşaat prosesində maliyyə xərcləri və təhlükələr də azalmış olur. Şirkətimiz inşaat texnikalarına müntəzəm nəzarət edir, avadanlıqlara vaxtında texniki servis dəstəyi təmin edir və avadanlıqların yararsız, təmirə ehtiyacı olan hissələrini elə inşaat meydançasinda aradan qaldırır. Beləliklə, müştərilərimiz üçün əlverişli şərait yaradır və inşaat prosesi üçün ayrılan vaxtı minimuma endiririk. İcarəyə verilən inşaat texnikaları ilə birlikdə və onların idarə edilməsində yüksək ixtisasa malik və müvafiq sertifikatları olan operatorlarla təmin edilir. Əlavə olaraq, bu operatorların seçilmə və işə qəbul prosesi şirkətimizin mütəxəssisləri tərəfindən yoxlama işlərinin tətbiqi ilə həyata keçirilir. Baku Construction Equipment MMC xarici ölkələrdəki partnyorlarımız tərəfindən təmin olunan məsləhət xidmətlərini də müştərilərimizə təklif edir. Sizə qısa vaxt ərzində arzuladığınız nəticələri əldə etməkdə kömək edə bilərik. Şirkətimiz inşaat avadanlıqları sahəsində ilk addımlarını atır və əsas prioritetlərimiz bazar payı əldə etmək və böyük müştəri portfeli yaratmaqdır. Buna görə də şirkətimiz tərəfindən müəyyən edilmiş icarə qiymətləri rəqabətə davamlı və müştərilərimiz üçün məqbuldur. Şirkətimizin tərkibində, Avropanın mötəbər universitetlərindən maliyyə, marketinq, biznesin inkişafı və biznesin idarəetməsi kimi sahələrdə MBA və PHD dərəcəsi almış, təcrübəli və bilikli kadrlar fəaliyyət göstərir. Bununla birlikdə, tikinti texnikasının idarə edilməsində ixtisaslaşmış operatorlarımız və texniki nasazlıqların dərhal aradan qaldırılması üçün xüsusi dəstək komandamız müştərilərimiz tərəfindən təyin olunan tapşırıqları həyata keçirmək üçün bütün bilik və bacarıqları ilə inşaat proseslərində iştirak etməyə hazırdırlar.