Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Bakı şəhərinin Sabunçu rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.
Sabunçu Rayon Məhkəməsi 1992-ci il tarixinə kimi Lenin Rayon Xalq Məhkəməsi, 1992-1997-ci illərdə Sabunçu Rayon Xalq Məhkəməsi adlandırılmış və 1997-ci il tarixdən isə Sabunçu Rayon Məhkəməsidir.Sabunçu rayonu 11 noyabr 1920-ci il tarixində Balaxanı-Sabunçu rayonu adı ilə yaradılmış, 12 noyabr 1930-cu ildə adı dəyişdirilərək Lenin rayonu, 26 noyabr 1991-ci ildə isə yenidən rayonun adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır. Rayon 10 qəsəbədən ibarətdir. Əhalisi 226.000 nəfər, ərazisi isə 244.3 kv. m-dir. Sabunçu rayonunda məskunlaşan qaçqınların sayı 8318, məcburi köçkünləri sayı 20.360 nəfərdir.Sabunçu rayonu inzibati ərazisinə görə Nizami, Suraxanı və Abşeron rayonları ilə həmsərhəddir.