Bakı Şəhər Prokurorluğu xəritədə

Bakı Şəhər Prokurorluğu

Bakı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 30 AZ1000 *** 2 səs

Bakı Şəhər Prokurorluğu haqqında

Bakı şəhər prokurorluğu Bakı şəhərinin rayon prokurorluqlarının mərkəzi aparatıdır və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilmiş qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin qanuni mənafelərinə hörmət edilməsi, obyektivlik, qərəzsizlik, faktlara əsaslanma, vahidlik, mərkəzləşdirmə, aşağı prokurorun yuxarı prokurora tabeçiliyi və siyasi bitərəflik prinsipləri əsasında fəaliyyət göstərir.Şəhər prokurorluğunun fəaliyyəti istintaq və xidməti sirlərin qorunması təmin olunmaqla aşkarlıq şəraitində həyata keçirilir.

Bakı şəhər prokurorluğunun fəaliyyət istiqamətləri

Bakı şəhər prokurorluğunun fəaliyyətinin təşkilinin əsas prinsipləri və qaydaları Azərbaycan Respublikasının Konstitusiyası, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikası Baş Prokurorunun əmr, sərəncam, göstərişləri və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilir.Şəhər prokurorluğu “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş səlahiyyətlər daxilində şəhərin rayon prokurorluqlarının fəaliyyətinə rəhbərlik edir.

Bakı şəhər prokurorluğu qanunla nəzərdə tutulmuş hallarda və qaydada səlahiyyəti daxilində cinayət işi başlayır, ibtidai istintaq aparır, cinayət işi üzrə ibtidai araşdırmaya prossesual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir, şəhərin rayon prokurorluqlarının fəaliyyətinə və polis orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir, məhkəmədə iddia qaldırır, iddiaçı kimi iştirak edir, məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir və məhkəmə qərarlarından protest verir.