Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Bakı şəhərinin Qaradağ rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.
Qaradağ Bakının 11 rayonundan biridir. Qaradağ rayonu çox böyük ərazini əhatə edir. Burada bir çox qəsəbələr var və onlardan biri Səngəçal qəsəbəsidir. Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956-63-cü illərdə Qaradağ rayonu, 1963-66-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır.
Qaradağ Rayon Məhkəməsi 1930-cu ildən fəaliyyət göstərir. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Rayonun ümumi ərazisi 10.80 km², əhalisinin sayı 105 min 997 nəfərədir (21 iyun 2011). Rayonda 30 təhsil ocağı, 25 uşaq bağçası, 25 səhiyyə ocağı, 38 sənaye müəssisəsi, 118 kiçik müəssisə, 10 kitabxana, 8 məscid, 1 dövlət qoruğu və 2 ziyarətgah mövcuddur. Ermənilərin işğalçılıq siyasəti nəticəsində Qaradağ rayonunda 2400 nəfər qaçqın və 15000 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayon Xəzər dənizi boyu uzunluğu 106 km, cənub sərhədi Bakı şəhəri boyu üzrə 103 km, şimaldan Abşeron rayonu və şimal-şərqdən Yasamal rayonu, şərqdən Binəqədi rayonu və cənub-şərqdən Səbail rayonu, qərbdən Şirvan şəhəri, şimal-qərbdən Şamaxı rayonu, cənub-şərqdən Salyan rayonu, cənub-qərbdən Hacıqabul rayonu ilə həmsərhəddir.