Binəqədi Rayon Məhkəməsi xəritədə

Binəqədi Rayon Məhkəməsi

Bakı, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsi, 11A AZ1054 *** 2 səs

Binəqədi Rayon Məhkəməsi haqqında

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Bakı şəhərinin Binəqədi rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Binəqədi Rayonu haqqında qısa məlumat

Binəqədi rayonu 1920-ci ildə yaradılmışdır. Rayon 1992-ci ilə qədər Kirov rayonu adlandırılmışdır. Kirov qəsəbəsi Xalq Deputatları Sovetinin 12 sentyabr 1991-ci il tarixli qərarına əsasən əhalinin çoxsaylı müraciətləri nəzərə alaraq Kirov qəsəbəsi, Vorovski və "Xutor" yaşayış massivləri birləşdirilərək Məmməd Əmin Rəsulzadənin adı verilmişdir. 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı ilə Binəqədi rayonu adlandırılmışdır.

Rayon paytaxt Bakıda yerləşir və Bakı-Abşeron iqtisadi zonasına daxildir. Rayonda 6 qəsəbə vardır ki, bu yaşayış məntəqələri 5 ərazi nümayəndəliyi və 5 bələdiyyə vasitəsilə idarə olunur. Əhalinin sayı 400 min nəfərə yaxın təşkil edir (16 iyun 2011). Ərazisi 170 km²-dir. Binəqədi rayonunda ermənilərin işğalçılıq siyasəti nəticəsində 32 min qaçqın və məcburi köçkün qeydiyyatdadır, qeyri-rəsmi isə 55 min nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Binəqədi rayonu Abşeron, Yasamal, Nəsimi, Qaradağ və Nərimanov rayonları ilə həmsərhəddir.