Baku Business Factory xəritədə

Baku Business Factory

Bakı, Nəsimi rayonu, Nizami küçəsi, 203 AZ1010 *** 1 səs

Baku Business Factory haqqında

Baku Business Factory  (BBF) 2015-ci ilin aprel ayında Anar Əlizadə tərəfindən təsis edilmişdir. Şirkətin əsas məqsədi gənclərin biznes təşəbbüslərinin dəstəklənməsidir.Müxtəlif sahələrə aid biznes ideyaları olan gənclər BBF-də öz ideyalarını biznesə çevirə biləcəklər. Onlar BBF-dən ofis, mentor və maddi dəstək alacaq və davamlı olaraq müxtəlif təlimlərdə iştirak edəcəklər.BBF-in fəaliyyət göstərdiyi 2-ci sahə isə sərbəst işləyən insanların iş üçün hər cür şəraitə malik ofislə təminidir. Onlar heç bir ödəniş etmədən ofisimizin bütün imkanlarından: iş stolu, görüş otaqları, istirahət otağı, internet, printer, skayner, resepşn, çay, kofe və s., istifadə edə biləcəklər. Onlar, həmçinin, BBF tərəfindən təşkil olunacaq təlimlərdə də iştirak edə bilərlər.BBF-in missiyası biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsini kompleks şəkildə həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır.

Ofisimiz

Ofisimiz şəhərin mərkəzində Nizami küçəsi 203-B ünvanında AF Business House-un 3-cü mərtəbəsində yerləşir. Ofisimizin cəmi ərazisi 620 kvm təşkil edir.Ofisimizin rəngli dizaynı və rahatlığı sərbəst işləyənlər və startaplar üçün öz yaradıcı işlərini rahatlıqla həyata keçirməyə imkan yaradacaq. Buraya aiddir.

  • Startaplar üçün iş sahəsi
  • Frilanserlər və kiçik bizneslər üçün iş sahəsi
  • BBF-in öz işçiləri üçün sahə
  • 2 iclas otağı
  • İstirahət otağı
  • Giriş sahəsi
  • Mətbəx

Startap

Son illərdə ölkəmizdə gənclərin biznesə olan marağı sürətlə artır, lakin çox zaman təcrübə azlığı və maddi-texniki çatışmazlıqlara görə bu təşəbbüslərin böyük bir qismi uğursuzluqla nəticələnir. BBF-in startaplarla bağlı layihəsi də məhz gəncləri həm biznes vərdişləri, həm də maddi-texniki baxımdan dəstəkləyəcək. Bu sahədəki əsas xidmətlərimiz ofis təmini, maddi-texniki təchizat, mentorluq, hüquqi dəstək və investisiyadır.Hansı biznes növləri müraciət edə bilər:

  • Ticarət: topdan və pərakəndə satış, e-ticarət
  • Xidmət: agentlik, konsultasiya, dizayn, tərcümə, təlim və kurslar, araşdırma və s.
  • İstehsal: toxuculuq, əl işləri, gündəlik istifadə malları, qida məhsulları və s.
  • Texnolojik: internet səhifəsi hazırlanılması, tətbiqlər, robot istehsalı və s.
  • Kənd təsərrüfatı: əkinçilik, heyvandarlıq, kənd təsərrüfatı məhsullarının satışı və s.
  • Qısa müddətli qazanc gətirəcək layihələr: sərgilər, aksiyalar, kampaniyalar, konsertlər və s.

Kovörkinq

Kövörkinq Mərkəzi layihəmiz müxtəlif sektorlardan olan sərbəst işçilər üçün hər cür ofis şəraitinə malik yerlər təklif edir. Sərbəst işləyən dizaynerlər, proqramistlər, hüquqşünaslar, marketoloqlar, kiçik biznes sahibləri, startaplar və s. mərkəzimizə üzv ola bilərlər. Layihə tək və ya maksimum 3 nəfərlik qruplar üçün nəzərdə tutulub. Onlar heç bir ödəniş etmədən aşağıdakılardan sərbəst istifadə edə biləcəklər:

  • İş masası
  • Görüşmə otaqları
  • İstirahət otağı
  • İnternet
  • Printer
  • Skayner
  • Mətbəx
  • Çay, kofe və s.
  • Resepşn xidməti
  • BBF tərəfindən təşkil edilən təlimlərdə iştirak