Baku Business Consulting haqqında
“Baku Business Consulting” MMC-nin əməkdaşları əmək qanunvericiliyinin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən dövlət orqanında, hüquq, maliyyə və insan resurslarının idarə edilməsi sahəsində uzun müddət işləmiş, peşəkar mütəxəssislərdir. Əmək və hüquq münasibətlərindən irəli gələn mürəkkəb məsələləri həll etməkdə təcrübəli olan mütəxəssislərimiz, Sizlərə yüksək keyfiyyətli xidmət göstərməyə hazırdırlar.
İş yerlərinin attestasiyası (standartların tələblərinə cavab verməsinin qiymətləndirilməsi);
İşçilərin attestasiyası (tutduqları vəzifəyə uyğunluğunun və fəaliyyətinin qiymətləndirilməsinin təşkil edilməsi);
Fəaliyyətin qiymətləndirilməsi meyarları və müvafiq sənədlərin hazırlanması;
Nəticələrin təhlili, hesabatın hazırlanmasıvə nəticələr üzrə müvafiq qərarların qəbul edilməsi.
Əmək qanunvericiliyinə əməl olunması üzrə;
Əməyin mühafizəsi məsələləri üzrə;
Məşğulluq məsələləri üzrə;
Dövlət Sosial Müdafiə Fonduna ayırmalar üzrə.
Hüquqi şəxslərə aid hüquq münasibətləri üzrə
Hüquqi şəxslərin və onların törəmə müəssisələrinin təsis sənədlərinin hazırlanması və dövlət qeydiyyatı;
Xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının qeydiyyatı və müvafiq reyestrə daxil edilməsi;
Səhmdar cəmiyyətlərdə nizamnamə kapitalının artırılmasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin prosedur qaydalarına uyğun həyata keçirilməsi:
emissiya prospektinin hazırlanması;
səhmləri nominal dəyərinə görə broker vasitəsilə yerləşdirilməsinin təşkili;
səhmlərin konvertasiya edilməsi;
buraxılmış səhmlərin qeydiyyatdan keçirilməsi və yekun hesabatların hazırlanması.
Qiymət kağız sahiblərinin (səhmdarların) reyestrinin aparılması;
Hüquqi şəxslərin struktur bölmələri üçün əsasnamə və prosedur qaydaların hazıranması;
Sifariş əsasında müxtəli fəaliyyət sahələrini tənzimləyən normativ hüquqi aktlarla bağlı hüquqi rəylərin və arayışların hazırlanması;
Xüsusi razılıq tələb edən hüquq münasibətləri üzrə:
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə respublika ərazisində müvəqqəti yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin alınması;
Müxtəlif xidmət və istehsalat müəssisələri üçün qanunvericiliklə tələb olunan xüsusi lisenziya və icazələrin alınması;
Öhdəlik hüquq münasibətləri üzrə:
Müxəlif növ mülki-hüquqi müqavilələrin ( alqı-satqı, icarə, françayzinq, lizinq, podrat, borc, broker, tapşırıq və.s) tərtib edilməsi və ekspertizası;
Vəsiyyətnamə və mirasda məcburi payların müəyyən edilməsi ilə bağlı məsələlərdə hüquqi yardımın göstərilməsi;
Birtərəfli əqdlərin hazırlanması və ekspertizası;
Ailə hüquq münasibətləri üzrə:
Nikah müqaviləsinin tərtib edilməsi;
Ailə-nikah münasibətlərinə xitam verilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi;
Ər-arvadın birgə nikah dövründə əldə etdiyi ümumi əmlakının bölünməsi,
Valideynlərin uşaqla ünsiyyət hüququnun bərpası;
Alimentin ödənilməsinin təmin edilməsi ;
Daşınmaz əmlak münasibətləri üzrə:
Mənzillərin müvafiq alqı-satqı əməliyyatlarında təmsilçilik;
Torpaq sahələrinin sənədləşdirilməsi işlərinin aparılması;
Yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə çevrilməsi;
Daşınmaz əmlak hüquqlarının ilkin və təkrar qeydiyyatının həyata keçirilməsi;
Mənzilin əvvəlki sahibinin yaşayış sahəsinə dair qeydiyyatının ləğvi;
Dövlət və qeyri-dövlət orqanları ilə bağlı münasibətlər üzrə:
Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan yoxlamalarda nümayəndə və ya müşahidəçi qismində iştirak edilməsi;
Müxtəlif dövlət və qeyri dövlət orqanlarında işəgötürənin hüquqlarının vəkil və ya nümayəndə qismində müdafiəsi, təmsilçilik və həmin orqanların qərarlarından aidiyyatı üzrə şikayətlərin verilməsi;
Maliyyə təşkilatları (bank, sığorta, lizinq və.s.) ilə əlaqədar yaranan problemlərin düzgün həll yollarının seçilməsi və bu istiqamətdə səmərəli hüquqi dəstəyin verilməsi;
Məhkəmədə təmsilçilik münasibətləri üzrə:
Məhkəmədə işəgötürənin hüquqlarının vəkil və ya nümayəndə qismində müdafiəsi;
Bütün məhkəmə instansiyalarında iddiaçı və ya cavabdeh qismində təmsilçilik və müvafiq hüquqi sənədlərin tərib edilməsi ;
Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə bağlı hüquqi mexanizmlərdən səmərəli istifadə edilməsi;
Cinayət hüquq münasibətləri üzrə:
Təqsirləndirilən şəxsin ibtidai istintaqda müdafiəsini təşkil etmək və bütün istintaq hərəkətlərində vəkillə iştirakını təmin etmək;
Barəsində şikayət olunan şəxsin hüquq mühafizə orqanlarında hüquqi müşayiəti;
Cinayət mühakimə icraatında müdafiəçi qismində iştirak etmək;
Digər hüquq münasibətləri;