“BakuBus” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 Aprel 2014-cü il tarixli 92 saylı qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılmışdır. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulmuşdur.