2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi xəritədə

2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi

Bakı, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32 AZ1000 *** 2 səs

2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi haqqında

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yaradılması

Ölkə başçısının 2010-cu il 15 iyul tarixli Fərmanı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (keçmiş 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi) yaradılmışdır.Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Bakı Şəhəri Xətai rayonu
2. Bakı Şəhəri Xəzər rayonu
3. Bakı Şəhəri Nərimanov rayonu
4. Bakı Şəhəri Nizami rayonu
5. Bakı Şəhəri Sabunçu rayonu
6. Bakı Şəhəri Suraxanı rayonu