Baktelekom xəritədə

Baktelekom

Bakı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 24 AZ1000 *** 6 səs

Baktelekom haqqında

“Bakı Telefon Rabitəsi İstehsalat Birliyi” Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir. BTRİB tam təsərrüfat hesablı və özünü maliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir.” Hal-hazırda telekommunikasiya sahəsində qabaqcıl ölkələrin təcrübəsini daim öyrənən BTRİB mütəxəssisləri son mill probleminin həlli üzərində də çalışmaqla abunəçi şəbəkəsinin təkmilləşdirilməsi üçün də yeni layihələr üzərində işləyirlər. Belə ki, istifadəçinin son qurğularının imkanlarının artırılmasını, genişzolaqlı multiservis xidmətlərinin yüksək sürətlə ötürülməsini nəzərdə tutan ONT (Optical Network Termination ) , yüksək sürətli internetin ( Ethernet 10/100 və 10/100/1000 ) , İPTV və VoD da daxil olmaqla İP üzərindən rəqəmli televiziya xidmətinin, RF overlay video xidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcəkdir. GPON avadanlığının tətbiqi mövcud şəbəkə infrastrukturunun veriliş məsafəsini, buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır. Avadanlığın köməyi ilə optik lifli kabeli birbaşa abunəçinin evinə çəkmək və beləliklə də ona ADSL2+ imkanlığından 100 dəfə yüksək olan 2,5 Gbit/s-lik buraxma zolağı təqdim etmək mümkün olacaqdır. Son mill probleminin həlli üçün eyni zamanda müxtəlif şəbəkə topologiyaları üzrə məsələn, FTTH (optik kabelin evə çəkilməsi), FTTB (optik kabelin binaya, tikiliyə çəkilməsi) və FTTC ( optik kabelin yol kənarına çəkilməsi) tpologiyaları üzrə də əhəmiyyətli işlər aparılır