Bakond xəritədə

Bakond

Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 18 A AZ1052 *** 7 səs

Bakond haqqında

" BAKOND " şirkəti 1987-ci ildə “BAKKONDİSİONER” Elmi-İstehsal Birliyi zavodlarında istehsal edilən kondisionerlərin və məişət texnikasının satışı, quraşdırılması və texniki xidməti sahəsində ixtisaslaşan Texno-Ticarət Mərkəzi kimi yaradılıb.Öz fəaliyyət sahəsini genişləndirən BAKOND şirkəti bu gün aparıcı dünya istehsalçılarının məişət, elektron texnikası və istehsal avadanlığının idxalı, satışı, quraşdırılması və texniki xidməti ilə məşğul olur və öz sahəsində Azərbaycan Respublikasının aparıcı şirkətlərindən biridir. BAKOND müxtəlif kondisionerləşdirmə və ventilyasiya sistemlərinin, ofis telekommunikasiya sistemlərinin quraşdırılmasının layihələndirilməsi və servis xidməti sahəsində aparıcı yer tutur. Firmada geniş çeşidli məhsulların satışı üzrə salon və dünya standartlarına cavab verən yüksəkixtisaslı Servis Mərkəzi fəaliyyət göstərir. Yüksək ixtisaslı mühəndis və texniki tərkibin kadr potensialına və öz fəaliyyətindəki böyük təcrübəyə əsaslanaraq BAKOND şirkəti, Azərbaycanda bir çox yerli və xarici təşkilatlarla və müəssisələrlə əməkdaşlıq edir. BAKOND şirkəti Panasonik, LG Electronics, Toshiba, Daikin, BORK, Gree, Zwilling JA Henckels, Citizen şirkətlərinin rəsmi partnyorudur. Xidmətin yüksək keyfiyyətinin təmin edilməsi məqsədi ilə BAKOND öz beynəlxalq partnyor şirkətlərinin aparıcı təcrübəsi və texniki bazasından istifadə edir.