Baker Tilly Azərbaycan xəritədə

Baker Tilly Azərbaycan

Bakı, Xətai rayonu, Xocalı prospekti, 37 AZ1025 *** 2 səs

Baker Tilly Azərbaycan haqqında

“Baker Tilly Azərbaycan” audit və məsləhət xidmətləri göstərən müstəqil firmaların qlobal şəbəkəsi olan Baker Tilly International şirkətinin üzvüdür. Biz 2007-ci ilin aprel ayından etibarən 50-yə yaxın işçi qrupu ilə birlikdə illik 2,5 milyon AZN gəliri olan, gəlirlərinə və müqavilə sayına görə Azərbaycanda fəaliyyət göstərən 4-cü ən böyük audit və biznes xidməti şirkətlərindən biriyik. Mühasibat uçotunun aparılması və idarəetmə üsullarının sürətləndirilməsi, korporativ alış, səhmlərin ilkin yerləşdirilməsi və ya sərmayə strategiyası kimi məsələlərdən hansısa birini fikrinizdə tutmağınızdan asılı olmayaraq hal-hazırda layihənizin reallığa çevrilməsində sizə yardım etmək üçün düzgün tərəfdaş seçmisiniz. Azərbaycanın biznes mühitinin kütləvi şəkildə dərindən dərk edilməsini və beynəlxalq təcrübəni izləmək, təhlil etmək, həll yolları təklif etmək bacarığımızla birləşdirərək, biz Azərbaycanın yerli bazarında üstün olmaq yollarını araşdıran bir şirkət üçün seçim tərəfdaşıyıq.

Baker Tilly Azərbaycan şirkətinin xidmətləri

Müasir biznes mühiti qarışıq və qeyri-müəyyənliklərlə dolu görünə bilər. “Baker Tilly Azərbaycan” şirkətində hərtərəfli texniki bacarıqların nümayiş etdirilməsi və tapşırıqların əla səviyyədə yerinə yetirilməsi ilə bu mürəkkəb biznes mühitinin tələblərinə cavab verməyi məqsədimiz olaraq qəbul etmişik. Bizim əsas missiyamız –“Baker Tilly International” beynəlxalq şəbəkəsinə üzv şirkətlərin və dünyanın aparıcı şirkətlərinin qlobal təcrübəsindən istifadə edərək, düzgünlük, obyektivlik və yüksək keyfiyyət prinsipləri əsasında hər bir müştərimizin audit, konsaltinq, müstəqil qiymətləndirmə, autsorsinq, rekruitinq, mühasibat xidmətləri sahəsində fərdi tələbatlarını yüksək səviyyədə yerinə yetirməkdir. Məqsədimiz inamımızı bölüşən şirkətlər üçün şəffaflıq mayakı, faktlara əsaslanan rəy və uzun müddətli strateji həll yollarının təminatçısı kimi xidmət göstərməkdir. Biz sağlam qərarların yaratdığı dəyərlərə və davamlı müvəffəqiyyətin həmişə etibarlı faktlara və strateji planlaşdırmaya əsaslandığına inanırıq.

Baker Tilly Azərbaycan - məqsədlər

Stabillik, obyektivlik və müştərilərimizin biznesi haqqında dərin biliklərə malik olmağımız fəaliyyətimizin əsas məqamları hesab olunur. Məqsədimiz peşəkar biliklərimizə və çoxtərəfli təcrübi əlaqələrimizə əsaslanaraq müştərilərimizin bizneslərini daha aydın və səmərəli etməkdir. Biz operativ şəkildə hərəkət edirik və göstərdiyimiz xidmətlərə görə tam məsuliyyət daşıyırıq. Yüksək dərəcəli bacarıq reputasiyası və qlobal yanaşma bizim ən yüksək dəyərlərimizdir. Biz, müştərilərimizin biznesi ilə bir arada şirkətimizin gələcək inkişafı üçün işləyirik. Yüksək keyfiyyətli nəticələr əldə etmək üçün bütün bacarıq və resurslarımızı tətbiq etməyə hazırıq. “Baker Tilly Azərbaycan” ilə layihəyə start verdiyiniz zaman, siz məqsədlərinizi özünə yaxın bilən, bütün istedad və resurslarını keyfiyyətli nəticələrin əldə olunmasına sərf edən bilikli, peşəkar və məqsədyönlü tərəfdaşa həmişə etibar edə bilərsiniz. Bizim missiyamız məhz sizin şirkətin missiyasını reallığa çevirməkdir.