Baker Hughes Services international Inc. haqqında
"Baker Hughes Services International Inc." şirkəti "Hughes Tool Company" və "Baker Internayional" şirkətlərinin birləşdirilməsi nəticəsində 1987 – ci ildə təsis olunmuş və neft qaz xidmətləri sahəsində ixtisaslaşdırılmışdır. Bu gün onlar Schlumberger və Halliburton şirkətlərindən sonra həcminə görə dünyada üçüncü yeri tutur. Neft – qaz şirkəti burğu, yataqların inkişafı, ehtiyatların qiymətləndirilməsi və s. xidmətlər göstərir. Şirkətin fəaliyyəti dünyanın 90 – dan artıq dövlətini əhatə edir.