Azərbaycanda aparıcı mobil operator olan “Bakcell” şirkəti 1994-cü ildə təsis edilmişdir və ölkədə mobil rabitə xidmətlərini təqdim edən ilk şirkət kimi tanınmışdır. “Bakcell” şirkəti Azərbaycanın iqtisadiyyatına sərmayə qoyan iri investorlardan biridir və ehtiyaclı uşaqlara dəstək göstərmək məqsədinə xidmət edən “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyətin (KSM) aktiv proqramına malikdir. 2010-cu ildə “Bakcell” şirkəti “Azeri Business Award” tərəfindən “İlin texnoloji lideri” və “İlin KSM lideri” mükafatlarına layiq görülmüşdür. 2008, 2009 və 2010-cu illərdə müştərilərə ən yaxşı şəbəkə xidmətləri təqdim etmək məqsədi ilə əhəmiyyətli dərəcədə sərmayələr sayəsində, bu gün “Bakcell” Azərbaycan əhalisinin 98%-dən çoxunu və ərazisinin 90%-ni əhatə edir (işğal olunmuş ərazilər istisnadır).
Şəbəkə, yüksək sürətli İnternet təqdim etmək məqsədi ilə EDGE texnologiyası ilə müasirləşdirilmişdir. Əhatə dairəsinin genişləndirilməsi, həmçinin təkmilləşdirilmiş müştəri xidmətinin və ən yeni mobil informasiya xidmətlərinin təqdim edilməsi üçün Bakcell şəbəkəsinə sərmayələrin qoyuluşu davam edəcəkdir. “Bakcell” abunəçiləri Avropada, Asiyada, Şimali və Cənubi Amerikada, Avstraliyada və Afrikada rouminq xidmətlərindən yararlana biləcəklər, çünki “Bakcell” şirkəti dünyanın 155 ölkəsinin mobil operatorları ilə səsli və SMS-rouminq üzrə razılaşmalar imzalamışdır. “Bakcell” şirkətinin GPRS-rouminq xidmətləri 60-dan çox ölkənin 90 şəbəkəsini əhatə edir.