Bahçeci Bakı Tibb Mərkəzi xəritədə

Bahçeci Bakı Tibb Mərkəzi

Bakı, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 4 AZ1000 *** 2 səs

Bahçeci Bakı Tibb Mərkəzi haqqında

7 ölkədəki 9 mərkəzimiz və 22000-dən çox sağlam körpəmizlə Yaxın Şərq və Balkan ölkələrinin ən böyük sonsuzluq qrupuyuq.prof-dr-mustafa-bahceciProfessor Dr. Mustafa Bahçeci 1996-cı ildə İstanbul Alman Xəstəxanasının Qadın Xəstəlikləri və Süni Mayalanma Mərkəzinin struktur və idarəsini öz üzərinə götürdü. Sonradan qurduğu “Bahçeci Sağlık Grubu” indiyə qədər 350-dən çox işçisi ilə İVF, ginekologiya, genetika və cərrahiyyə bölmələrində beynəlxalq standartlarda tibbi xidmətlər təklif edir. “Bahçeci Sağlık Grubu” Bakıda, 2015-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalının əməkdaşlığı ilə tibbi xidmət verməyə başlamışdır.

İnkişaf etmiş yüksək texnologiya, təcrübəli tibbi heyyətimiz və hər kəsə özəl olaraq tətbiq edilən süni mayalanma müalicəsi ilə beynəlxalq standartların üzərində yüksək göstəricilərə sahibik. Bunun sayəsində Türkiyədə ən yüksək sayda süni mayalanma həyata keçirən mərkəzə çevrildik. Süni mayalanmada hər kəsin özünə xas ehtiyacı vardır. Çox böyük təcrübəmizə sayəsində mövcud vəziyyətiniz dəyərləndirilərək müalicəniz sizə özəl olaraq müəyyən edilir. Düzgün diaqnoz və hər kəsə özəl müalicələr sonda yüksək göstəricilərə gətirib çıxarır.Dünyada süni mayalanma müalicələrində mövcud ən son texnologiyalar dünya ilə eyni anda və bir çoxu Türkiyədə ilk dəfə Bahçecidə istifadə olunur.

Bahçeci Bakı Qadın Sağlamlığ Mərkəzi

Süni mayalanma müalicələrində yaxşı göstərici ciddi bir komanda işinin nəticəsidir. Həkim, embrioloq, tibb bacısı, genetik mütəxəssis və psixoloqlarımızdan ibarət olan komandamızla profesional bir mühit içərisində işləyərək uğur əldə edirik. Hər il dünyanın dörd bir yanından onlarla tibbi personal və embrioloq mərkəzlərimizə təlim almaq üçün gəlməkdədir.Sizə qarşı hər mövzuda açıq və dürüstük. Fərqli bölgələrdəki mərkəzlərimizdə olduğumuz ölkənin səhiyyə qanunvericiliyi qaydalarının bütün şərtlərinə əməl edirik.

Sağlam gülümsəyən iyirmi mini aşan körpəmizlə hər keçən gün böyüyən xoşbəxt bir ailəyik.Biz yalnız qadın sağlamlığı və süni mayalanma üzrə fəaliyyət göstəririk. Bu sahədəki elmi yenilikləri sadəcə təqib etmirik, eyni anda yeniliklər gətiririk. Bu sahədə dünyada istinad mərkəzi olma özəlliyini daşıyan az sayda mərkəzdən biriyik.